"TikTok" bu yaşda olanların məlumatlarını toplayır və… - Səs-küylü hesabat
Bizi izləyin

Sosial

"TikTok" bu yaşda olanların məlumatlarını toplayır və… - Səs-küylü hesabat

Kanada hökuməti sosial media platforması "TikTok"un ölkədəki fəaliyyətinə dair apardığı araşdırmanın nəticələrini açıqlayıb. Hesabatda bildirilir ki, "TikTok" uşaqlara yönəlik qeyri-adekvat yaş məhdudiyyəti tədbirləri səbəbilə minlərlə azyaşlıdan həssas şəxsi məlumat toplayıb.

Publika.az xəbər verir ki, Kanada Məxfilik Komissarlığı tərəfindən yayımlanan hesabatda vurğulanır ki, platforma istifadəçilərin şəxsi məlumatlarını, o cümlədən üz və səs kimi biometrik məlumatları, fərdiləşdirilmiş məzmun və reklamlar təqdim etmək məqsədilə toplayır. Bu məlumatların toplanmasının ölkənin məxfilik qanunlarına nə dərəcədə uyğun olduğu şübhə altına alınıb.

"TikTok"un qeyri-adekvat yaş mühafizəsi nəticəsində şirkət əhəmiyyətli sayda kanadalı uşaqların şəxsi məlumatlarını, o cümlədən həssas hesab edilən məlumatları toplayıb,” — hesabatda deyilir.

Hökumət bildirir ki, "TikTok" Kanadada yüz minlərlə azyaşlı istifadəçiyə sahibdir və hər il təxminən 500.000 azyaşlı hesab bağlansa da, platformanın yaş təyinetmə mexanizmlərindəki çatışmazlıqlar səbəbindən çox sayda uşaq istifadəçi sistemdən yayınaraq platformada qalmağı bacarır.

"TikTok"un 13 yaşdan kiçiklərə tətbiq etdiyi giriş qadağasını tətbiq etmək üçün kifayət qədər tədbir görmədiyi də hesabatda xüsusi qeyd olunub.

Qeyd edək ki, "TikTok"un məlumat toplama təcrübələri son aylarda yalnız Kanadada deyil, ABŞ və Avropa ölkələrində də ciddi şəkildə tənqid edilir. ABŞ-da platformanın bağlanması və ya əl dəyişdirməsi ilə bağlı müzakirələr də gündəmdə qalmaqdadır.(Yenisabah.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm