Sosial
Polkovnik Cəlal Qurbanovdan şəhidlərə ithaf: “Mənim oğlum qəhrəmandır!”

AYB-nin üzvü, polkovnik Cəlal Qurbanov Vətən müharibəsinin başlanmasının 5-ci ildönümü ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Publika.az xəbər verir ki, musiqisi Camal Qurbanova məxsus olan və Azərbaycan Respublikasının Xalq artistləri Azər Zeynalov, Azərin, həmçinin Muğam müsabiqəsinin qalibi Əhəd Ağayevin ifasında səslənən “Mənim oğlum qəhrəmandır” adlı mahnı izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.
Cəlal Qurbanov təsirli görüntülərlə müşayiət olunan bu ifanı belə təqdim edib:
“Bu gün biz müqəddəs şəhidlərimizi ehtiramla yad edirik. Onlar torpaqlarımızı azad etdi, tariximizi qürurla yazdı, Vətənimizi əbədi yaşatdı. Və məhz bu 5-ci ildönümdə, şəhid anaları və ataları adından yazdığım “Mənim oğlum qəhrəmandır!” mahnısını sizlərlə bölüşürəm.
Mənim oğlum bu gün deyil, sabah deyil – o əbədi bir zamandır! Azərbaycan tarixinə tarix yazan qəhrəmandır!
Bəli, sizin oğlunuz Cavanşirdir, Nəbidir, Koroğludur. Polad kimi Vətəninə canını verən Türk oğludur! Torpağı azad edən, millətə şərəf gətirən, adı əbədiyyətə yazılan igiddir. Amma unutmayın, siz də qəhrəmansınız! Çünki belə övladlar yetişdirdiniz, Vətənə əmanət verdiniz...”
Onun sözlərinə görə, şəhidlərimizin ruhuna dualar göndərərkən göz önündə Şuşanın qüruru, Xocavəndin ümid dolu sabahı, Cəbrayılın qayaları, Füzulinin güllü-çiçəkli bağları, Zəngilanın uca meşələri, Qubadlının bulaqları, Laçının dağları, Kəlbəcərin qaynar suları, Ağdamın işıqlı sabahı, həsrətlə gözlənilən Xocalı və Xankəndi canlanır.
Qeyd edək ki, Cəlal Qurbanovun rəhbərlik etdiyi “Fire Land Production” hər zaman şəhid ailələrini diqqətdə saxlayır. Heydər Əliyev Fondunun dəstəyi və şirkətin təşkilatçılığı ilə həyata keçirilən “Mənim atam qəhrəmandır” və “Mənim oğlum qəhrəmandır” adlı layihələr artıq 5 ildir davam edir. Bu layihələrdə Birinci və İkinci Qarabağ müharibəsi, Tovuz və Aprel döyüşləri, eləcə də Antiterror əməliyyatlarında Vətən uğrunda canını fəda etmiş qəhrəmanların ailələri iştirak edir. İndiyədək bu layihələrdə 5000-dən çox şəhid övladı yer alıb.
Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin şəhid ailələrinə daim diqqət göstərilməsi ilə bağlı tövsiyələrinə uyğun olaraq, “Fire Land Production” şəhid ailələrinin sevimlisi, dayağı və həmdəmi olub.
Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin! Uca Yaradan xalqımızı qorusun!


.jpg)

-
Magazin212:34
Kardaşyan çılpaq gəzsəydi: Küçədən FOTOLAR
-
Sosial11:46
Qiymət artımı bu avtobuslara şamil edilməyəcək
-
Avropa11:25
Böyük Britaniyada uşaq bağçalarına kütləvi hücum: 8 min uşaq təhlükədədir
-
İqtisadi gündəm10:43
Sosial müdafiə xərcləri rekord həddə yüksəldi - Səbəb nədir?
-
Nəqliyyat08:24
Bakıda 18 yolda tıxac yarandı - Siyahı
-
Magazin207:15
"Ola bilsin ki, məni bir daha görmədiniz" - Özcan Dənizdən müəmmalı açıqlama
-
MDB06:46
"Qiyamət radiosu" iki yeni mesaj yayımladı
-
Avropa05:45
Fransa "Greenpeace"in təsisçisinə sığınacaq vermədi