Ozobiç 10 mövsümdür bunu bacarır
Bizi izləyin

İdman

Ozobiç 10 mövsümdür bunu bacarır

Filip Ozobiç mövsümdə ilk qolunu vurub. “Turan Tovuz”un yarımmüdafiəçisi 6-cı turun “Kəpəz”lə ev matçında (3:0) fərqlənib.

Publika.az PFL-ə istinadən xəbər verir ki, bu, Ozobiçin Premyer Liqada qol sevinci yaşadığı 10-cu mövsümdür. O, “Qəbələ”də iki (2016/17, 2017/18), “Qarabağ”da beş (2018/19, 2019/20, 2020/21, 2021/22, 2022/23), “Neftçi”də iki (2023/24, 2024/25) mövsümü qolsuz başa vurmayıb.

Ozobiç Azərbaycan çempionatları tarixində ən azı 10 fərqli mövsümdə qol vuran 57-ci futbolçudur. Mütləq rekord isə 17 mövsümdə buna nail olan Kənan Kərimova məxsusdur.

Qeyd edək ki, Qərb derbisində vurulan qol Filipin Premyer Liqada 67-ci qolu olub. O, ölkə çempionatları tarixinin 23-cü bombardiridir.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm