Sosial
Bu nəqliyyat vasitələrinin arxasınca hərəkət etmək qadağandır - DİN

Operativ nəqliyyat vasitələrinin arxasınca qəsdən hərəkət etmək qanun pozuntusu olmaqla yanaşı, qəzalara da səbəb olur.
Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən sürücülərə müraciətdə bildirilib.
Məlumata görə, nəqliyyat sıxlığı zamanı bəzi sürücülər bu vasitələrin arxasında yaranan boşluqlardan istifadə edərək sürət həddini aşır, ara məsafəsini pozur və manevr qaydalarını gözləmirlər. Bu hallar operativ avtomobillərin ünvana vaxtında çatmasına mane olur və digər hərəkət iştirakçılarını qəza riski ilə üz-üzə qoyur.
Qanunun 48-ci maddəsinə görə, “polis”, “təcili tibbi yardım”, “yanğınsöndürən” və digər xüsusi təyinatlı avtomobillər üstün hərəkət rejiminə malikdir və onların müşayiət etdiyi dəstəyə qoşulmaq qadağandır.
İnzibati qanunvericiliyin 331-ci maddəsinə əsasən isə belə qayda pozuntusuna görə 100 manat məbləğində cərimə tətbiq olunur.
Sürücülərdən xahiş olunur ki, qaydalara ciddi əməl etsinlər və xüsusi təyinatlı nəqliyyat vasitələrinin hərəkətinə mane olmasınlar.
-
Dünya10:32
NASA Ayda kənd salır: Kimlər yaşayacaq?
-
Sosial09:38
Qəzalı vəziyyətdə olan 13 bina sökülür: 1 300 ailəyə yeni evlər veriləcək
-
Sosial07:17
Oktyabrın ilk günü hava necə olacaq - PROQNOZ
-
Magazin106:16
Tanınmış meyxanaçıların arxiv görüntüsü gündəm oldu - VİDEO
-
Magazin204:14
58 yaşlı aktrisa imicini kökündən dəyişdi - FOTO
-
Magazin101:11
Bu da Şəbnəm Tovuzlunun özündən gözəl qızı - VİDEO
-
Region00:30
Türkiyədən İrəvana təyyarələr uça bilər
-
Magazin100:15
Cabir İmanovun vida mərasimindən ürəkdağlayan GÖRÜNTÜLƏR - VİDEO