İlham Əliyev və xanımı İtaliya prezidenti ilə açılışda iştirak etdi
Bizi izləyin

Rəsmi xronika

İlham Əliyev və xanımı İtaliya prezidenti ilə açılışda iştirak etdi

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ölkəmizdə rəsmi səfərdə olan İtaliya Prezidenti Sercio Mattarella oktyabrın 1-də Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışında iştirak ediblər.

Publika.az xəbər verir ki, tədris binalarında yaradılan şəraitlə tanışlıqdan sonra dövlət başçısı, birinci xanım və İtaliya Prezidenti ölkəmizdə səfərdə olan italyan universitetlərinin rəhbərləri, İtaliya-Azərbaycan Universitetinin professorları və tələbələri ilə görüşüblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm