Həmin medala namizədlər müəyyənləşdirildi
Bizi izləyin

Sosial

Həmin medala namizədlər müəyyənləşdirildi

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin növbəti iclası keçirilib.

Publika.az xəbər verir ki, bununla bağlı Mətbuat Şurası məlumat yayıb.

Bildirilib ki, toplantını açan MŞ sədri Rəşad Məcid gündəliyi elan edib, gündəlik səsə qoyularaq qəbul edilib.

R.Məcid bildirib ki, rəhbərlik etdiyi qurum ötən müddətdə media nümayəndələrinin milli mətbuatımızın 150 illik yubileyi ilə bağlı təltif edilmələri istiqamətində aparılan fəaliyyətə yaxından dəstək olub, öz namizədlərini müəyyənləşdirərək ölkə rəhbərliyinə təqdim edib.

R.Məcid onu da deyib ki, MŞ “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalına namizədlərini də müəyyənləşdirib və Medianın İnkişafı Agentliyinə təqdim edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm