Magazin1
31 ifaçı Aygün Kazımova üçün bir araya gəldi - VİDEO
Xalq artisti Aygün Kazımova 40 illik yaradıcılığını sənət dostlarının ifasında təqdim edib.
Publika.az xəbər verir ki, bunun üçün 31 sənət nümayəndəsi bir araya gəlib. Onlar Kazımovanın repertuarındakı mahnılara yeni nəfəs veriblər.
“Best of Aygun - All stars” adlı alboma daxil olan ifaçılar arasında Xalq artistləri Zülfiyyə Xanbabayeva, Tünzalə Ağayeva, Əməkdar artistlər Lalə Məmmədova, Abbas Bağırov, müğənnilər Zamiq Hüseynov, Günay İbrahimli, Gülay Zeynalova, İlhamə Qasımova, İradə İbrahimova, Səidə Sultan, Miro, Azad Şabanov, Aysel Əlizadə, Elnur Məmmədov, Nigar Camal, Ayaz Babayev, Ayan Babakişiyeva, ModTeen, Yap10, Rəsul Əfəndiyev, Elnarə Xəlilova, Dilarə Kazımova, Elvin Babazadə, Murad Arif, Nərmin Kərimbəyova, Mehin Hümbətova və Nuran, Kazım Can, Fərid Mailov, Xatun Əliyeva və "Döngə" qrupu yer alıb.
İlqarə Kazımova anasının repertuarından "Karie qlaza" mahnısını səsləndirib.
Tribyut albom üzərində 7 ay çalışıblar. Hətta Kazımovanın mahnılarını bundan əvvəl oxuyan ifaçılar onu yenidən aranjiman etdirərək, fərqli formada hazırlayıblar. Albom rəqəmsal platformada dinləyicilərin ixtiyarına verilib.
“Best of Aygun - All stars” albomunda yer alan bəzi ifaları dinləyicilər bundan əvvəl eşitsələr də, bir çoxu ilk dəfə təqdim olunub.
-
Səhiyyə05:15Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı
































