Sosial
Bakı Limanında son 22 ilin ən yüksək nəticəsi qeydə alındı
AZCON Holding-in tərkibinə daxil olan “Azərbaycan Dəmir Yolları” QSC-nin struktur bölməsi olan Bakı Beynəlxalq Dəniz Limanı vasitəsilə 2025-ci ilin ilk 9 ayı ərzində 6 milyon 108 min ton yük aşırılıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6,7% artım deməkdir və son 22 il ərzində əldə olunan ən yüksək nəticədir.
Hesabat dövründə ən böyük artım konteyner aşırılmasında qeydə alınıb. Belə ki, bu ilin 9 ayı ərzində 77 295 TEU konteyner aşırılıb. Bu, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 40,4% artım deməkdir. Bununla yanaşı, quru yüklərin aşırılmasında 36,7%, təkərli texnikaların aşırılmasında isə 1,3% artım müşahidə olunub.
Bakı Limanının beynəlxalq yükdaşıma marşrutlarındakı rolunun möhkəmlənməsi, tərəfdaşlarla həyata keçirilən effektiv əməkdaşlıq və yeni logistik təşəbbüslər sayəsində bu pozitiv dinamikanın davam edəcəyi və ilin sonuna göstəricilərin daha da artaraq 100 min TEU təşkil edəcəyi proqnozlaşdırılır.
Qeyd edək ki, ölkəmizin tranzit gücünün artırılması məqsədilə Bakı Limanının ADY ilə inteqrasiyasından sonra Limanın illik gücü hər hansı investisiya yatırılmadan qısa müddətdə 100 min TEU-dan 150 min TEU-ya yüksəldilib.
-
Sosial20:10“Qanunsuz pullara görə ailəmiz dağıldı” - Xanımı vəzifəli ərini məhkəməyə verdi
-
Magazin219:30Quldurlar məşhur reperin evinə girib anasını girov götürdülər
-
Kriminal19:1070 kiloqram qızılla tutulan polkovnik-leytenantdan XƏBƏR VAR
-
Nida Xəbər 19:00Ramiz Mehdiyevin gəlininin yerinə TƏYİNAT - FOTO
-
İdman18:50İslam o qələbəyə görə milyonlar qazanıb: Məbləğ açıqlandı
-
Nəqliyyat18:20Bakıda axşam tıxacı
-
MDB17:44Rusiya Türkiyə gəmisini vurdu: Ekipajdakı 16 nəfər... - VİDEO
-
Rəsmi xronika17:23İlham Əliyev iki fərman imzaladı







.jpg)




.jpg)

.jpg)
















