Region
İrana yeni hücum planı ortaya çıxdı: Sərhədlərimizdə böyük müharibə olacaq
İran ətrafında hərbi müdaxilə ssenariləri aktuallaşıb. ABŞ Hərbi Hava Qüvvələrinə məxsus KC-135 “Stratotanker” və yeni nəsil KC-46 “Pegasus” tanker təyyarələrinin Qətərdəki Əl-Udeyd hərbi haza bazasına enməsi, ardınca İngiltərə Hərbi Hava Qüvvələrinə məxsus birliklərin yunan Kiprinə yerləşdirilməsi bu ssenarinin baş verməsi ehtimalını gücləndirir. Analitiklər 12 günlük müharibədən sonra İsrailin İrana növbəti müdaxiləsinin ABŞ və İngiltərənin birgə dəstəyi ilə baş verə biləcəyini hesab edirlər.
Publika.az xəbər verir ki, baş verənlər fonunda Yaxın Şərq mərkəzli böyük müharibə riskləri aktuallaşıb.
Ekspertlər qeyd edirlər ki, ABŞ Qəzzadakı müharibəyə son qoymaq, ardınca Rusiya, Çin və İranın təmsil olunduğu Avrasiya İttifaqına qarşı mübarizəni sürətləndirmək niyyətindədir.
Ehtiyatda olan türkiyəli general Dəniz Kutluk bildirib ki, ABŞ-ın hədəfi İranın nüvə proqramını əngəlləmək adı ilə Çin və Rusiyanın təbii ehtiyatlara girişinin qarşısını almaqdır. Onun fikrincə, Türkiyə bu proseslərdə maksimum ehtiyatlı olmalıdır.
Beynəlxalq münasibətlər üzrə ekspert Hasan Köni qeyd edib ki, İran enerji mənbələri və raket arsenalına görə hədəfdədir:
“İranı zəifləmək və ya rejimi dəyişdirmək ABŞ-a Rusiyaya qarşı cənubdan cəbhə açmaq, eləcə də Çinin mühasirəyə alınması istiqamətində mühüm addım atmaq imkanı verəcək”.
İrana gözlənilən növbəti hərbi müdaxilənin 12 günlük döyüşlərdən fərqli olacağı istisna deyil. Çünki 12 günlük müharibədə istədiklərinə tam nail ola bilməyən ABŞ/İsrail cəbhəsi yeni hücumda həlledici zərbələr endirmək və “məsələni” bitirmək istəyir. Bu isə daha böyük müharibə riski yaradır. Baş verənlər Azərbaycanda da diqqətlə izlənilir, çünki böyük müharibə sərhədlərimizdə baş verə bilər.
Asif
-
Region17:07İsrail qızlar məktəbini vurub: Ölənlərin sayı 50-ni keçdi - Yenilənib
-
Elm və təhsil17:00Azərbaycanda universitetlərdə dərs saatı azaldılır?
-
Nida Təhlil 16:32Xamenei öldürüldü? – İran lideri ilə bağlı müəmma
-
Region16:11Pezeşkianın oğlu: "Bu, dözüm müharibəsi olacaq"
-
Yaxın Şərq14:45Şamxani öldürüldü
-
Yaxın Şərq13:41İsraildən qaçış başladı: Vəziyyət saatbasaat pisləşir
-
Yaxın Şərq13:37İranın müdafiə naziri də öldürüldü
-
Dünya12:45Görün Tramp İrana hücumu haradan izləyir
















.jpg)



.jpg)



.jpg)
.jpg)




.jpg)



