Dövlət onlara 218,4 milyon manat qaytardı
Bizi izləyin

Sosial

Dövlət onlara 218,4 milyon manat qaytardı

2025-ci ilin yanvar–sentyabr aylarında dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 218 milyon 354,8 min manat məbləğində vəsait geri qaytarılıb.

Publika.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, geri qaytarılan vəsaitlər əcnəbilər tərəfindən ölkə ərazisində istehsal və kommersiya məqsədi daşımayan malların alınmasına, fiziki şəxslərin pərakəndə ticarət və ictimai iaşə sahəsində, mədəniyyət (teatr, kino, muzey, konsert) və tibbi xidmətlərdə, eləcə də işğaldan azad edilmiş ərazilərdəki mehmanxana xidmətlərində ödənilmiş ƏDV-nin qaytarılmasına aiddir.

Həmçinin, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV, həmçinin artıq ödənilmiş digər vergilər, dövlət rüsumları, faizlər və maliyyə sanksiyaları da vətəndaşlara geri qaytarılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm