İdman
"Neftçi"- Abubakar məsələsində son nöqtə: Yekun qərar nə vaxt veriləcək?
"Neftçi"nin Kamerun millisinin hücumçusu Vinsent Abubakarı transfer etmək istədiyi barədə məlumat vermişdik. Tərəflər arasında 1 aydır davam edən danışıqlar yekunlaşmaq üzrədir.
Publika.az-ın məlumatın görə, hazırda ölkəsində olan 33 yaşlı hücumçuya Bakı klubu tərəfindən son təklif edilib. Futbolçu keçidə isti yanaşsa da, düşünmək üçün vaxt istəyib. "Ağ-qaralar" Abubakarı çox gözləmək fikrinə deyil.
Vinsent milli komandanın oyunları başa çatana qədər "Neftçi"yə cavab verməlidir. O, transferə razılıq versə, ölkəsindən dərhal Bakıya gəlib tibbi müayinədən keçəcək və müqavilə imzalanacaq.
Əvvəl də məlumat veridyimiz kimi, Bakı təmsilçisi "Beşitkaş" və "Porto" klublarının sabiq ulduzuna 500 min avro maaş və 1 illik müqavilə təklif edir. Klub futbolçu ilə əməkdaşlıqdan razı qalarsa, sözləşmənin müddəti artırıla bilər.
Qeyd edək ki, Abubakar hazırda Kamerun millisinin düşərgəsindədir. "Aslanlar" bu gün DÇ-2026-nın Afrika zonası üzrə seçmə mərhələsində Mavrikin qonağı olacaq, oktyabrın 13-də isə Anqolanı qəbul edəcək.
Heybət
-
Sosial16:50Əhməd Oruc insult keçirdi, vəziyyəti ağırdır
-
Nida Xəbər 15:48Əli Həsənov danışdı: “Həyat yoldaşım Ramiz Mehdiyevin arvadı ilə…”
-
Kriminal14:55İcra Hakimiyyətində qalmaqal: Vəzifəli şəxs başçının müavininə hücum etdi
-
Nida Xəbər 14:21Qənimət Zahidov Baş Prokurorluğa çağırıldı
-
Dünya13:25Türkiyənin siyasəti nəticə verir: Qərb onlar üçün qapılarını bağladı
-
Region13:06İrandan sensasion iddia: Bu zavodun yerini İsrailə onlar deyib, orada olmuşdular
-
Sosial12:47Azərbaycanda ən yaşlı icra başçısı odur - FOTO
-
Köşə12:05Şahruddin Qurban Qurbanova qarşı üsyan qaldırdı




































