Nida Xəbər
Məhkəmə qərar verdi: Ağalarovların aktivləri müsadirə olunacaq? - QƏRAR
Rusiyada “Krokus City Hall”da törədilən terror aktı ilə bağlı iş üzrə zərərçəkən şəxslərin vəkillərinin tələbi rədd edilib.
Publika.az xəbər verir ki, istintaq “Krokus City Hall”ın sahibləri iş adamı Araz Ağalarov və oğlu, müğənni Emin Ağalarovun aktivlərinin dondurulması barədə müraciəti qəbul etməyib.
Zərərçəkmişlərin hüquqlarını təmsil edən vəkil İqor Trunov bildirib ki, qərar məhkəmə-tibbi ekspertizaların nəticələri əldə olunmadan verilib. Sənəddə vurğulanır ki, istintaq orqanları hazırda məsul şəxslərin dairəsini və onların hadisədə iştirak dərəcəsini müəyyənləşdirmək üçün bir neçə kompleks ekspertiza aparır.
Rəsmi açıqlamaya görə, bu ekspertizalar “xüsusi mürəkkəblik və tədqiqat obyektlərinin çoxluğu” səbəbindən uzun çəkəcək.
İstintaq qərarında qeyd olunur ki, ekspertizaların nəticələrindən sonra hadisəyə aid şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcək və yalnız bundan sonra aktivlərin dondurulması məsələsinə baxıla bilər: "Hazırda belə təminat tədbirlərinin tətbiqi qanuna uyğun sayılmır".
Qeyd edək ki, Rusiya qanunvericiliyinə əsasən, aktivlərin və ya əmlakın müsadirəsi yalnız şübhəli və ya təqsirləndirilən şəxslərə aid olduqda mümkündür. Hazırda Ağalarovlar bu statusda deyil. (Modern.az)
-
İdman08:36Messi karyerasında 48-ci kubokunu qazandı
-
ABŞ08:12Pentaqondan NÜVƏ XƏBƏRDARLIĞI - “Trampın rəhbərliyi altında...”
-
Magazin106:16Murad Dadaşov oğluna toy etdi - VİDEO
-
İdman01:11Tofiq Musayevə yüksək VƏZİFƏ VERİLDİ
-
Sosial00:30Bir ailənin fəryadı: Gəncin ölümünə ambulans səbəb olub? - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgidə emosional yaxınlıq yaşana bilər
-
Avropa6 Dekabr 23:48Naməlum təhdid davam edir - Vilnüs hava limanı yenə bağlandı
-
İdman6 Dekabr 23:36“Sabah”la AFFA arasında QALMAQAL - Klub açıqlama yaydı


































.jpg)


