Magazin1
Aysel Teymurzadə ilk dəfə ailəsindən danışdı
"Bu illəri özümə, daxili inkişafa, təhsilə, meditasiya təcrübəsinə, mənəvi axtarışlara, ailə və uşaqlara, ana olmağın qayğılarına həsr etdim".
Publika.az Axşam.az-a istinadla xəbər verir ki, bu sözləri "Avroviziya" təmsilçilərimizdən Aysel Teymurzadə deyib. Uzun müddət sonra "The most" üçün obyektiv qarşısına keçən Aysel fotosessiya etdirib və müsahibə verib.
Sənətçi ailəsindən, musiqiyə fasilə verdiyi dövrdən danışıb:
"Hər səhər meditasiya edərək, fəlsəfə və ədəbiyyat öyrənməklə, yoqa ilə məşğul olub, həyat, incəsənət, təbiət və insanlar haqqında çox fikirləşərək vaxt keçirdim. Dünyaya fərqli gözlərlə baxıram - daha açıq və səmimi. Meditasiyalar vasitəsilə harmoniya, sakitlik və dərinlik tapdım. Ən əsası mən ideal olmağa çalışmıram, ən əsası təbii oluram.
Bəlkə də ən vacib mantra budur: "Burada və indi ol". Bu, sadə ifadə mənə həyatın hazırda baş verdiyini, hər dəqiqənin unikal və təkrarolunmaz olduğunu xatırladır. Mən bu şüurlu axarda yaşamağa, hər anı qəbul edib, dəyərləndirməyə çalışıram. Bu düşüncə mənə çətin anlarda belə güc tapmağa kömək edir. İnanıram ki, sadəlik dərinliyin olduğu yerdədir".
Aysel ana olmasından danışarkən "İlk övladım dünyaya gələndə sanki yenidən yaşamağı öyrəndim: vərdişlərimi bərpa etdim, ürəyimi dinləməyi, səbirli və sevgi dolu olmağı öyrəndim. Analıq təkcə məsuliyyət deyil, qadını dəyişən, onu daha dərin, yumşaq edən güclü enerjidir, həm də sevgini mənə göstərə bilər. Bu ilham mənim üçün böyük bir güc və sevgi mənbəyi oldu" sözlərini əlavə edib.
Artıq səhnəyə qayıdan A.Teymurzadə yaşadığı həyəcanı etiraf edib:
"Mənim üçün yaradıcılıq və analıq ayrılmaz vəhdətdir. Biri mənə səbir və sevgini, digəri zehinlilik və tarazlığı öyrədir. Bu, ziddiyyət deyil, hər hissənin digərinə məna və güc aşıladığı harmoniyadır. Məhz bu tarazlıq mənə tamaşaçılarıma həqiqi və səmimi olmağa kömək edir".
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı
-
Nida Xəbər 10 İyun 20:34Bu institut ləğv edilir - Qərar



































