Universitetdə “Müasir dövrdə milli ideyanın yeni hədəfləri” mövzusunda tədbir keçirildi
Bizi izləyin

Sosial

Universitetdə “Müasir dövrdə milli ideyanın yeni hədəfləri” mövzusunda tədbir keçirildi

“Mədəni İnkişaf və Dialoq” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə yardımı ilə həyata keçirdiyi “Müasir dövrdə milli ideyanın yeni hədəfləri” mövzusunda layihə çərçivəsində tədbirlərini davam etdirir.

Publika.az xəbər verir ki, növbəti tədbir 7 oktyabr 2025-ci il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində baş tutub.

Tədbirdə Universitetinin rəhbərliyi adından, “Kulturologiya” fakultəsinin kafedra müdiri, dosent Yeganə Eyvazova, kafedra müdiri, dosent Aygün Fətəliyeva, sosial-mədəni fəaliyyət kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevinc Əskərova, kafedranın əməkdaşı Firəngiz Məhərrəmova və “Kulturologiya” fakültəsinin tələbələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə universitetin dosent Yeganə Eyvazova açıb. O, qısa giriş sözü ilə mövzunun aktuallığını və əhəmiyyətindən danışmış, tədbirin Respublika Prezidenti İ.Əliyevin 2025-ci ili “Konstitutsiya və suverenlik ili” elan etdiyi bir dövrdə keçirilməsini xüsusi vurğulayıb. Sonra o, tədbirin məruzəçisi professor Rəna Mirzəzadəni təqdim edib.

Döblət himni ifa olunmuş, tədbir iştirakçıları torpağlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhunu 1 dəqiqəlik sükutla anıblar.

Məruzəçi professor Rəna Mirzəzadə “Müasir dövrdə milli ideyanın yeni hədəfləri” mövzusunda çıxış edib.

Mövzu ətrafında iştirakçılarla qarşılıqlı fikir mübadiləsi aparılıb.

Yekunda Yeganə Eyvazova rəhbərlik adından maraqlı aktual mövzuda tədbir üçün Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə, ictimai təşkilatatın nümayəndələrinə öz təşəkkürünü bildirib. Cavab olaraq professor Rəna Mirzəzadə yaradılmış şərait üçün universitetin rəhbərliyinə öz minnətdarlığını çatdırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm