İran və İsrailin Türkiyəyə qarşı gizli ittifaqı de-şifrə oldu - FAKTLAR
Bizi izləyin

Yaxın Şərq

İran və İsrailin Türkiyəyə qarşı gizli ittifaqı de-şifrə oldu - FAKTLAR

Hələbdə təhlükəsizlik qüvvələri ilə qanunsuz silahlı qruplaşmalar arasında böyük toqquşma yaşanıb.

Publika.az
xəbər verir ki, dünən gecədən səhərə qədər davam edən toqquşmada təhlükəsizlik qüvvələrinə hücum edənlərin PKK-nın Suriya qanadı olan PYD/YPG və bu terror təşkilatına qoşulan Əsəd qüvvələrinin olduğu deyilir.

Təhlükəsizlik qüvvələri Hələbin Şeyx Maqsud bölgəsində gizli tunel aşkar edib. Tunelin de-şifrə edilməsindən sonra toqquşma başlayıb. Rəsmi məlumata görə, təhlükəsizlik qüvvələri ilə döyüşən qruplar PKK içində gizlənən Əsəd rejiminin qalıqları olub.

Suriyanın təhlükəsizlik mənbələri qeyd ediblər ki, bu təxribatın arxasında İran dayanır. PKK-nın tərkibində gizlənən Əsəd rejimindən qalma qüvvələr İranın göstərişi ilə hərəkət edirlər. Təxribatın məhz indi - ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrakın Qamışlıda PYD\YPG ilə görüş keçirməsi ərəfəsində olması təsadüfi deyil. Məqsəd diqqəti yayındırmaqdır. Təxribatın arxa planında İran kəşfiyyatının dayandığı haqda məlumatlar var.

Dəməşqdə təhlükəsizlik qüvvələrindəki mənbə “Türkiyə” qəzetinə baş verənlərin detallarını açıqlayıb.

“Son beş gündə PKK-nın təxribat hazırlığı müşahidə edilirdi. Amerikalı təmsilçi Barrak üç gün öncə PKK-nın işğalındakı Qamışlıya getdi. Suriyada parlament seçkilərinin keçirildiyi gün reallaşan görüşdə amerikalı təmsilçi Fərhad Abdi Şahin və PYD\YPG qanadına Suriyanın bir hissəsi olmalarının vacibliyini çatdırıb. Görüşdən sonra PKK təmsilçisi Şahin də bu bu yöndə açıqlamalar verdi. Lakin həmin vaxt Hələbin Əşrəfiyə və Şeyx Maqsud bölgələri qarışdı. Hadisələrin mərkəzində PKK-ya sığınan Nuseyri-Baas qalığı olan hərbçilər və Şebbiha milisləri dayanırdı. PKK-nın Hələbdə varlığı hələ də qalır, nuseyrililər və birbaşa İran tərəfindən Suriyaya göndərilən Şebbiha milisləri terror qruplaşmasının tərkibində özlərinə sığınacaq tapıblar. Qarşıdurmanın fitilini də məhz onlar çəkdi, məqsəd Hələbdə qalan Şebbiha və Əsəd hərbçilərini mülki paltarda bölgədən çıxarmaq idi. Bu məqsədlə qazdıqları tuneli kəşf etdik və partladdıq. Təxribat planı çökən qruplaşma təhlükəsizlik qüvvələrinə və mülki insanlara hücum etdi. Gecə boyunca davam edən döyüş səhər başa çatdı və atəşkəs əldə olundu”- mənbə bildirib.

Bu təxribatların məqsədi Suriyada mümkün anlaşmanı baltalamaqdır. Çünki Trampın Suriya təmsilçisi Barrak PYD\YPG ilə görüşdə onların mərkəzi hakimiyyətlə təmaslarının qurulmasını təmin edəcəklərini bildirib və qruplaşmanın Suriya hakimiyyətinə tabe olmsını istəyib. Analitiklər hesab edirlər ki, Hələb hücumu Suriya mərkəzi hakimiyyəti ilə SDQ (PYD\YPG), eləcə də Türkiyə və ABŞ arasında böhran yaratmaqğa hesablanıb.

Suriyalı tədqiqatçı Ammar Jeloya görə, Şeyx Maqsud təxribatı çox yaxşı hazırlanmış taktiki gedişdir: “İran Əsədin devrilməsindən sonra PKK-ya sığınan nuseyrililər, o cümlədən, mərkəzi hakimiyyətə qarşı çıxan durzilər üzərindən oyun qurmağa çalışır. Bu nöqtədə İran və İsrailin ortaq hərəkət etdiyi, eyni strategiyaya malik olduğu görünür. Hər iki ölə həm PKK-ya, həm də mərkəzi hakimiyyətə qarşı çıxan qruplara kəşfiyyat, silah və maliyyə dəstəyi verir. Hədəfləri Türkiyənin İraq-Suriya xəttində, ümumilikdəı İslam dünyasında artan nüfuzunu dayandırmaqdır. SDQ (PYD\YPG) ilə mərkəzi hakimiyyət arasında nə vaxt təmasların yaranması imkanı ortaya çıxırsa, həmin vaxt təxribatlarla qarşıdurm yaratmağa cəhd edirlər. Bu dəfə isə oyunları pozuldu, çünki SDQ ilə mərkəzi hakimiyyət Dəməşqdə görüşüb.

Asif


Oxumağa davam et
Reklam
Reklam

Gündəm