Dünya
Azərbaycandan qayıdan Ərdoğandan mühüm açıqlama: Göstəriş vermişik ki...
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə Toplantısının ardından Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.
Publika.az xəbər verir ki, Ərdoğanın sözlərinə görə, Zirvə Toplantısında xarici siyasət də daxil olmaqla, sektoral, humanitar və mədəni əməkdaşlığı əhatə edən hərtərəfli məsələlər müzakirə edilib.
“Türk dünyasının institusional inteqrasiya prosesi ilə yanaşı, digər ölkələr və beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişafına yönəlmiş addımları müzakirə etdik. Bu məqsədlə təşkilatımızın beynəlxalq aktor kimi mövqeyini gücləndirmək üçün “Türk Dövlətləri Təşkilatı Plus” adlı yeni format yaratmaq qərarına gəldik.
Qəbələ Bəyannaməsində biz müdafiə sənayesi, enerji və əlaqələr, eləcə də kritik minerallar sahəsində əməkdaşlığa başlamaq qərarımızı qeyd etmişik. Biz bəyannaməni sammitin regional sülh və təhlükəsizlik mövzusuna uyğunlaşdırdıq. Bəyannamədə Qəzza, Suriya, Cənubi Qafqazda sabitlik prosesi kimi prioritet xarici siyasət məsələlərinə ümumi yanaşmalarımızı əks etdirdik. Xarici işlər nazirlərimizə regional və qlobal hadisələrlə bağlı daha tez-tez görüşmək üçün lazımi göstərişlər verdik”, - Türkiyə prezidenti qeyd edib.
Ərdoğan Şimali Kipr Türk Respublikasının təşkilatda yüksək səviyyədə təmsil olunmasına böyük əhəmiyyət verildiyini bəyan edib:
“Qəbələ Zirvə toplantısında da türk dünyasının Kipr türklərinin təbii hüquqlarının qorunmasında həmrəy olduğunu vurğuladıq. Təşkilatımız artan beynəlxalq nüfuzu, genişlənən təsir dairəsi və dərinləşən əməkdaşlıq əsasları ilə qlobal aktora çevrilmək yolunda irəliləyir. Bu yolda biz institusionallaşmamızı dərinləşdirəcək, əməkdaşlığımızı şaxələndirəcək və TDT-ni qlobal miqyasda daha da nüfuzlu edəcəyik”.
Roza
-
MDB17:44Rusiya Türkiyə gəmisini vurdu: Ekipajdakı 16 nəfər... - VİDEO
-
Rəsmi xronika17:23İlham Əliyev iki fərman imzaladı
-
Sosial16:50Əhməd Oruc insult keçirdi, vəziyyəti ağırdır
-
Nida Xəbər 15:48Əli Həsənov danışdı: “Həyat yoldaşım Ramiz Mehdiyevin arvadı ilə…”
-
Kriminal14:55İcra Hakimiyyətində qalmaqal: Vəzifəli şəxs başçının müavininə hücum etdi
-
Nida Xəbər 14:21Qənimət Zahidov Baş Prokurorluğa çağırıldı
-
Dünya13:25Türkiyənin siyasəti nəticə verir: Qərb onlar üçün qapılarını bağladı
-
Region13:06İrandan sensasion iddia: Bu zavodun yerini İsrailə onlar deyib, orada olmuşdular












.jpg)
.jpg)




















