Dünya
İsrail raketləri Egey adalarında - Türkiyə hansı addımı atacaq?

İsrail Afinaya uzun müddətdir müzakirə edilən “Spyder All in One” hava hücumundan müdafiə sistemi və əlavə texnika təklif edib.
Publika.az xəbər verir ki, bu barədə "Kathimerini" nəşri məlumat yayıb.
Bildirilib ki, İsrail şirkətləri hətta kimsəsiz adalarda belə asanlıqla yerləşdirilə, məlumat toplaya və lazım gəldikdə potensial təhlükələrə cavab verə bilən yüksək texnologiyalı "killer" dronları təklif ediblər. Yunanıstan Silahlı Qüvvələrinin sözügedən təklifi dəyərləndirdiyi qeyd olunub.
Xəbərdə həmçinin Afinanın Avropa İttifaqının 2027-ci ilə qədər öz xarici sərhədlərini əhatə edən pilotsuz təyyarə divarı tikmək planını müsbət qarşıladığı vurğulanıb. Qeyd olunub ki, Yunanıstan Türkiyənin müdafiə sənayesinin bu sistemlərə daxil edilməsini dəstəkləmir.
Lakin müdafiə sənayesinə görə Türkiyəyə NATO üzvü olan bir çox dövlət tərəfindən alyansın çəkindirici gücünə töhfə verən ölkə kimi baxıldığı vurğulanıb.
Roza
-
Sosial17:03
Azərbaycandakı heyvan bazarlarında məhdudiyyətlər tətbiq ediləcək
-
MDB16:34
Rusiya Yer ilə Göy arasında qalıb: Putin Macarıstana necə uçsun ki, sağ qalsın?
-
Dünya16:04
İsrail raketləri Egey adalarında - Türkiyə hansı addımı atacaq?
-
Sosial15:20
Azərbaycanda pensiya yaşı artırılır? - Nazirlikdən açıqlama
-
Avropa14:00
Rusiya 3 dağıstanlını Fransaya göndəribmiş: Onu öldürmək üçün - Saxlanıldılar
-
İqtisadi gündəm12:50
Türk lirəsi rekord səviyyədə UCUZLAŞDI
-
Hadisə11:45
Generalın anası vəfat etdi
-
Dünya11:18
Bu da ABŞ-ın Qəzza ilə bağlı yol xəritəsi: Trampın müşavirləri açıqladı