Sosial
Xəzərdə balıqçı qayığı zədələndi: Üç nəfər... - FOTO
Xəzər dənizində köməksiz vəziyyətdə qalmış Azərbaycan vətəndaşları xilas edilib.
Publika.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.
Bildirilib ki, oktyabrın 31-də saat 15:35-də Sahil Mühafizəsinin Astara sahil nəzarəti şöbəsinin Kələdəhnə sahil nəzarəti bölməsinə Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında balıqçı qayığının zədələnməsi nəticəsində üç nəfər heyət üzvünün batma təhlükəsi ilə üzləşdiyi barədə məlumat daxil olub.
Təxirəsalınmaz tədbirlər görülərək dövlət sərhədinin mühafizəsində olan "Tufan" tipli sərhəd gəmisi müəyyən edilib koordinatlar üzrə dərhal hərəkətə keçib və operativ şəkildə hadisə yerinə çatıb.
Keçirilmiş axtarış-xilasetmə tədbirləri nəticəsində saat 17:15-də dənizdə köməksiz vəziyyətdə qalmış Azərbaycan vətəndaşları, Astara rayon sakinləri – 1980-ci il təvəllüdlü Ağabalayev Ruhid Murtuza oğlu, 1985-ci il təvəllüdlü Həsənov Namik Xanhüseyn oğlu və 1974-cü il təvəllüdlü Həsənov Arif Sürət oğlu sərhəd gəmisinə təxliyə edilərək təhlükəsiz şəraitdə sahilə çıxarılıb.
-
İdman21:13Bu nominasiya üzrə namizədlər açıqlandı: Messi, Yamal, Arda…
-
Cənubi Qafqaz19:40Ermənistan parlamentində dava düşdü
-
İdman19:30Sadıq Sadıqov vəzifəsindən azad olundu
-
Nəqliyyat18:1020 yolda tıxac var - Siyahı
-
Sosial17:20Əli Əsədov yeni qərar imzaladı
-
MDB16:18Rusiyada ən bahalı mənzil bu şəhərdə satılır: Görün neçəyədir
-
İdman15:07"Real"ın ulduzunun xanımı bu geyimi ilə səs-küy yaratdı - FOTOLAR
-
Rəsmi xronika14:18Dövlət başçısı xəbərdarlıq etdi: Lazımı tədbir görəcəm










.jpg)

.jpg)

























