Sosial
Süni intellektlə idarə olunan ilk mətbəx: Saatda 120 çeşid yemək hazırlayır
Almaniyanın Düsseldorf şəhərində yerləşən REWE supermarketində insan müdaxiləsi olmadan təzə yeməklərin hazırlandığı avtomatlaşdırılmış mətbəx fəaliyyətə başlayıb.
Publika.az xəbər verir ki, bu barədə "Interesting Engineering" nəşri məlumat yayıb.
Münhendə yerləşən "Circus SE" şirkəti burada özünün “CA-1 Series 4” adlı sistemini quraşdırıb. Bununla da dünyanın süni intellektlə idarə olunan ilk mətbəxi istifadəyə verilib.
Şəffaf şüşə ilə əhatə olunmuş bu kompakt mətbəx yeməyin hazırlanmasının bütün mərhələlərini - inqrediyentlərin seçilməsindən tutmuş bişirilməsinə və avadanlığın təmizlənməsinə qədər tam avtomatik şəkildə həyata keçirir. Sistem “Circus” adlı xüsusi süni intellekt platforması tərəfindən idarə olunur.
Müştərilər artıq restoran keyfiyyətində yeməkləri birbaşa mağazada sifariş edə bilirlər. Bir xidmətin qiyməti 6 avrodan başlayır və hazırlıq prosesi cəmi bir neçə dəqiqə çəkir. Tərtibatçıların sözlərinə görə, robot saatda 120-yə qədər yemək bişirə bilir və fasiləsiz şəkildə eyni keyfiyyəti təmin edir.
Qurğuda yerləşdirilən xüsusi sensorlar yeməyin növünü avtomatik müəyyənləşdirir, qarışdırma sürətini tənzimləyir və sifarişlər arasında qabları avtomatik yuyub dezinfeksiya edir. Bütün bu proseslər şəffaf panelin arxasında baş verir. İki mexaniki “aşpaz” sinxron şəkildə hərəkət edərək, inqrediyentləri qarışdırır, ədviyyat əlavə edir və yeməyi hazır vəziyyətdə təqdim edir.
Sistem, həmçinin proqnozlaşdırıcı alqoritmlər vasitəsilə yalnız lazım olan qədər inqrediyentdən istifadə edir və bununla da qida tullantılarını azaldır. Sifarişi sensor ekran və ya səs komandası ilə vermək mümkündür.
Qeyd olunur ki, şirkət artıq növbəti oxşar sistemin quraşdırılması üzərində işləyir. “Circus SE” bu texnologiyanı universitetlər, xəstəxanalar və fabriklər kimi digər məkanlarda da tətbiq etməyi planlaşdırır. Bundan başqa, şirkət Ukraynanın BRAVE1 proqramı ilə əməkdaşlıq edərək, hərbçilər üçün müstəqil çöl mətbəxi üzərində sınaqlar aparır.
Adəm
-
Qoroskop01:40Günün ulduz falı: geri çəkilib plan qurmaq faydalı olacaq
-
Nida Xəbər 00:47Bakıda müşahidə olunan dronlarla bağlı ekspert açıqlaması - Bu, açıq-aşkar göstərir ki...
-
Sosial00:25Bu gün İlaxır çərşənbədir
-
Sosial16 Mart 23:00İşləyənlərin nəzərinə: 19 martla bağlı qərar verildi
-
Sosial16 Mart 22:18Bakı metrosunda yeni qadağa: 30 manat cərimələnmək istəmirsizsə... - Foto
-
ABŞ16 Mart 21:39Trampdan bu ölkələrə çağırış: Gəlib bizə kömək edin!
-
Ekologiya16 Mart 21:26Güclü maqnit qasırğası baş verəcək - Xəbərdarlıq edildi
-
İnanc16 Mart 19:30Ramazanın 27-ci günü: Dua, imsak və iftar vaxtı































