Sosial
XİN-dən Ermənistanla sərhəddə baş verən partlayışla bağlı paylaşım
44 günlük Vətən müharibəsindən bu yana 412 nəfər mina qurbanı olub.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanla sərhəddə baş verən mina hadisəsi ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X"də etdiyi paylaşımda bildirilib.
Paylaşımda qeyd olunub ki, minalar hələ də Azərbaycanda insan həyatına son qoymaqda davam edir:
"Bu gün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşı Ermənistan sərhədində minanın partlaması nəticəsində ağır şəkildə yaralanıb. Təkcə 2020-ci ilin 44 günlük Vətən müharibəsindən bu yana 412 nəfər mina qurbanı olub. Mülki şəxsləri hədəf alan, bərpa işlərini ləngidən və təhlükəsiz qayıdışı əngəlləyən bu humanitar faciə beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulmasıdır. Bu fakt həmçinin genişmiqyaslı mina təmizləmə əməliyyatlarının sürətləndirilməsi üçün təcili beynəlxalq dəstəyin vacibliyini bir daha göstərir".
-
Nida Xəbər 09:24Prezidentinin tapşırığına əsasən İrana humanitar yardım göndərildi - FOTO/VİDEO
-
Hadisə09:12Müəmmalı qətl: Siyasi şərhləri ilə tanınan məşhur müğənni bıçaqlandı - Foto
-
ABŞ07:55Ölüm, od və qəzəb onlara göndəriləcək - Trampdan 20 dəfə daha güclü zərbə anonsu
-
Ekopublika.az07:15Bazarda bu məhsullar bahalaşdı - Video
-
Dünya06:46Zelenskinin Tramp və İranla bağlı yeni planı üzə çıxdı
-
ABŞ04:30ABŞ Hörmüz boğazını ələ keçirə bilər
-
Ekopublika.az03:19Neft yenidən ucuzlaşmağa başladı
-
Region02:18Pezeşkian Ərdoğanla danışdı: Buna hazırıq









.jpg)









.jpg)

















