Sosial
Leyla və Arzu Əliyevalar Pəncəli Teymurovun ailəsini ziyarət etdi
Noyabrın 21-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva Astarada Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurovun ailəsini ziyarət ediblər.
Publika.az xəbər verir ki, görüş zamanı Aprel döyüşlərində şəhid olmuş Pəncəli Teymurovun xatirəsi ehtiramla yad edilib, onun Vətən uğrunda xidmətləri, hərbçi kimi yüksək peşəkarlıq, şücaət və mərdlik göstərməsi barədə danışılıb.
Daha sonra Leyla Əliyeva və Arzu Əliyeva şəhidin xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılan ev-muzeyinə baxış keçiriblər.
Qeyd edək ki, Xüsusi Təyinatlı Qüvvələrin mənsubu, "Qoca" ləqəbli əfsanəvi kəşfiyyatçı Pəncəli Nurməhəmməd oğlu Teymurov 1981-ci il martın 24-də Astara rayonunun Əzərüd kəndində anadan olub. Hərbi xidmətdən sonra 1999-cu ildən Xüsusi Təyinatlı Qüvvələr yarandığı ildən onun sıralarında xidmətini davam etdirən Pəncəli 17 il Vətənin keşiyində şərəflə dayanıb. Gizir Pəncəli Teymurov 2016-cı il Aprel döyüşləri zamanı arzuladığı zirvəyə - şəhidlik məqamına ucalıb.
Nümunəvi xidməti ilə sağlığında bir çox medallara və mükafatlara layiq görülən Pəncəli Teymurov ölümündən sonra 2016-cı ildə "Vətən uğrunda" medalı ilə təltif olunub. Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin 2025-ci il noyabrın 7-də imzaladığı Sərəncamla Pəncəli Teymurova Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
-
İdman22:34Qurban Qurbanov "Bu şəhərdə"nin parodiyasından DANIŞDI
-
Hadisə22:00Bakıda binada YANĞIN: Ölənlər var - FOTO/VİDEO//YENİLƏNDİ
-
Nəqliyyat20:55Yanğına görə bu küçədə hərəkət məhdudlaşdırıldı - FOTO
-
Dünya19:05Ukraynada hərbi komissarlıqda PARTLAYIŞ: Ölən və yaralanan var
-
Nəqliyyat18:3522 yolda tıxac yarandı - SİYAHI
-
Cinayət dünyası18:0045 manyakın müsahibəsi araşdırıldı: Silsilə qətlləri bu səbəbdən törədirmişlər
-
Qarabağ 17:30Bakı və İrəvan arasında yekun sülhə nail olmaq üçün... - Xaçaturyan
-
Sosial17:00AQTA-dan xəbərdarlıq: Bu uşaq qidası təhlükəlidir - FOTO


















_(3).jpg)


















