Abşeronda YAP-ın 33-cü ildönümü qeyd olundu - Fotolar
Bizi izləyin

Sosial

Abşeronda YAP-ın 33-cü ildönümü qeyd olundu - Fotolar

Yeni Azərbaycan Partiyasının (YAP) Abşeron rayon Təşkilatı Partiyanın təsis edilməsinin 33-cü ildönümü münasibətilə tədbir keçirib.

Publika.az xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin Xırdalan şəhərində ucaldılmış abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyularaq əziz xatirəsi ehtiramla yad edilib.

Tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

YAP Abşeron rayon Təşkilatının sədri Abbas Əliyev çıxışı zamanı qeyd edib ki, Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin ən ağır və çətin dövründə, ölkənin ciddi sınaqlarla üzləşdiyi bir zamanda ziyalıların təşəbbüsü ilə yaradılıb. Azərbaycanın taleyini düşünən insanlar böhrandan çıxış yolu kimi yeni bir siyasi təşkilatın yaradılması təşəbbüsü ilə çıxış ediblər. Məhz həmin dövrdə xalqın sınaqdan çıxmış lideri, peşəkar siyasətçi Heydər Əliyev ətrafında birləşmək qərara alınıb. “91-lər”in Ulu Öndərə ünvanladığı müraciət və cəsarətli addımı nəticəsində ölkəni xaosa sürükləyən proseslərin qarşısı alınıb.

O vurğulayıb ki, YAP bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişafı istiqamətində mühüm siyasi fəaliyyət həyata keçirir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Qarabağı erməni işğalından azad edib. Bu qələbənin əsasında Ulu Öndər Heydər Əliyevin ölkəmizi inkişaf yoluna çıxaran uzaqgörən siyasi kursu durur. Prezident İlham Əliyev həmin siyasi kursu uğurla davam etdirərək Azərbaycanın suverenliyini tam bərpa edib. Hazırda Qarabağda genişmiqyaslı quruculuq işləri həyata keçirilir və məcburi köçkünlər tədricən doğma torpaqlarına qayıdırlar.

Abşeron RİH başçısının birinci müavini Yusif Sadıqov çıxışında qeyd edib ki, Yeni Azərbaycan Partiyasının yaranması ölkənin siyasi həyatında tarixi zərurətdən irəli gəlib. Onun sözlərinə görə, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətt və ideyalar bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir və zamanın tələblərinə uyğun olaraq daha da inkişaf etdirilir.

Yusif Sadıqov vurğulayıb ki, Yeni Azərbaycan Partiyası yalnız dünənin deyil, həmçinin bu günün və sabahın partiyasıdır və dövlətçiliyin möhkəmlənməsi, sosial rifahın yüksəldilməsi və milli maraqların qorunması istiqamətində mühüm rol oynayır.

Çıxışında o, xüsusilə işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı abadlıq və quruculuq işlərinin aparıldığını, “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın uğurla icra olunduğunu diqqətə çatdırıb. Bildirib ki, keçmiş məcburi köçkünlərin həmin ərazilərdə mərhələli şəkildə məskunlaşdırılması, yeni infrastrukturun qurulması və sosial layihələrin həyata keçirilməsi ölkəmizin gücünü, siyasi iradəsini və inkişaf strategiyasının ardıcıllığını bir daha nümayiş etdirir.

Tədbirdə BMU-nun prorektoru Bayram Hüseynzadə, Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova və Təyubə Hüseynova çıxış edərək bildiriblər ki, 44 günlük Vətən müharibəsi dövründə YAP həm ictimai-siyasi müstəvidə, həm də beynəlxalq platformalarda Azərbaycan həqiqətlərinin təbliği və təşviqində mühüm rol oynayıb.

Tədbirin sonunda partiyanın ictimai-siyasi fəaliyyətində fəal iştirakına görə bir qrup partiya fəalına Fəxri fərman təqdim edilib.









Oxumağa davam et
Reklam
Reklam

Gündəm