Sosial
Vergi Məcəlləsinə dəyişiklik edildi
Vergi Məcəlləsinə dəyişikliklər edilib.
Publika.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin bugünkü plenar iclasında 2026-cı ilin büdcə zərfinə daxil olan qanun layihələrinin üçüncü oxunuşda müzakirəsi zamanı deyib.
O qeyd edib ki, təklif olunan düzəlişlər Vergi Məcəlləsinə, "Sosial sığorta haqqında" və "Tibbi sığorta haqqında" qanunlara, həmçinin bundan irəli gələn qanunun qüvvəyə minməsinə dair 19-cu maddəyə şamil olunur: "Əsasən dəqiqləşdirici xarakter daşıyır. Bu düzəlişlər Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən birgə hazırlanmış və tərəfimizdən qanunvericilik təşəbbüsü subyekti ilə razılaşdırılıb. Müvafiq reqlamentə görə, təklif olunan dəyişikliklər qanun layihəsinin 1.24-cü, 1.32-ci, 1.40-cı, 3.3.2-ci, 12.3-cü, 19.4-cü və 19.5-ci maddələrində öz əksini tapıb".
Onun sözlərinə görə, Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, nağdsız əməliyyatların stimullaşdırılması məqsədilə pərakəndə ticarət və vergi orqanında uçotda olmayan şəxslərə göstərilən xidmətlər üzrə post-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərdən formalaşan dövriyyəyə 0,5 əmsal tətbiq edilir və bununla da həmin dövriyyə ƏDV qeydiyyatı məqsədləri üçün iki dəfə artırılmış məbləğdə nəzərə alınır: "Təklif olunan düzəlişlə bu müddəanın yalnız ƏDV qeydiyyatına daxil olma deyil, həm də ƏDV qeydiyyatından çıxma zamanı nəzərə alınması dəqiqləşdirilir".
-
Hadisə12:05Lerikdə mikroavtobus dərəyə aşdı: Yaralılar var
-
Avropa11:1030 milyon dollarlıq "maaş", 130.000 akr torpaq: Şahzadənin gizli imperiyası üzə çıxdı
-
Maraq dünyası09:10Erməni astroloqdan Azərbaycan və Ermənistanla bağlı sensasion proqnoz: İlin əvvəlində...
-
Avropa08:36Vuçiç ordunun gücündən danışıb NATO-ya EYHAM VURDU
-
Magazin106:16"Onu itirsəm, yaşaya bilmərəm"
-
Səhiyyə05:45Həkim evdə qripi yüngülləşdirməyin yollarını göstərdi
-
ABŞ02:12Con Kennedinin nəvəsi öldü
-
Qoroskop00:30Günün ULDUZ FALI - Bəxtiniz bu gün çox gətirəcək








.jpg)


















.jpg)







.jpg)
