İdman
Ölümcül qəzanın səbəbi açıqlandı: Təkər partlayıb və...
Boks üzrə keçmiş dünya çempionu Entoni Coşuanın dostları və komanda üzvləri ilə birlikdə olduğu “Lexus” markalı avtomobilin hərəkətsiz yük maşınına çırpılmasının səbəbi açıqlanıb.
Publika.az xəbər verir ki, hadisə dekabrın 29-da Nigeriyada baş verib. Nigeriya Yol Hərəkətinə Nəzarət və Təhlükəsizliyin Təminatı Korpusunun (TRACE) polis komandiri Babatunde Akinbiyinin sözlərinə görə, ilkin istintaq nəticələri göstərir ki, “Lexus” avtomobili Laqos–Saqamu magistralı ilə hərəkətdə olarkən sürət həddinin aşılması səbəbindən təkəri partlayıb və sürücü idarəetməni itirib.
Xatırladaq ki, qəza nəticəsində ağır çəkidə keçmiş dünya çempionunun məşqçiləri Kevin Latif Ayodele və Sina Qami həyatını itirib.
Qami 10 ildən artıq müddətdə Entoni Coşuanın güc və ümumi fiziki hazırlıq üzrə məşqçisi olub. “Lats” kimi tanınan Ayodele isə boksçunun şəxsi məşqçisi idi. Hər iki şəxs Coşuanın yaxın dostları olub.
-
Region23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin122:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ
-
İdman19:48PSJ Luis Enrikeyə bu qədər maaş təklif edir
-
ABŞ19:00Argentina İranın müvəqqəti işlər vəkilinə iki gün vaxt verdi








.jpg)




.png)




















