Avropa
Zelenskinin Avropa liderləri ilə məxfi söhbəti sızdırıldı: Trampla ehtiyatlı ol
Bəzi Avropa liderləri Vladimir Zelenskiyə ABŞ prezidenti Donald Trampla görüşündən əvvəl ehtiyatlı olmağı və "çox uzağa getməməyi" tövsiyə ediblər.
Publika.az xəbər verir ki, bu barədə “Spiegel” məlumat yayıb.
Nəşr bildirib ki, Zelenskinin şənbə günü ABŞ-a səfəri ərəfəsində Avropa liderləri ilə baş tutan videokonfransının ingilis dilindəki transkriptini əldə edib.
Nəşrin məlumatına görə, telekonfrans təşkil edən Almaniya kansleri Fridrix Merts Zelenskinin ərazi məsələləri, təhlükəsizlik zəmanətləri və yenidənqurma məsələləri ilə bağlı ABŞ ilə razılığa gəlməyin yollarını tapmasının vacib olduğunu bildirib. Merts Ukrayna prezidentindən "həddindən artıq uzağa getməməyi" və eyni zamanda "ehtiyatlı" olmağı xahiş edib.
Almaniya hökumətinin sözçüsü nəşrin şərh tələbinə cavab olaraq federal hökumətin məxfi danışıqların təfərrüatları ilə bağlı şərh vermədiyini bildirib. Zəngin digər iştirakçısı telekonfransın məzmununun dəqiq əks olunduğunu təsdiqləsə də, söhbət məxfi olduğundan konkret sitatları təsdiqləməkdən imtina edib.
Transkriptə görə, Fransa prezidenti Emmanuel Makron avropalıları təhlükəsizlik zəmanətləri üzərində işi sürətləndirməyə və iştiraklarını mümkün qədər tez yekunlaşdırmağa çağırıb.
NATO-nun baş katibi Mark Rutte də oxşar bir fikri ifadə edib: “Aavropalılar prosesi dayandırmış kimi görünməməlidirlər”. Bununla belə, bir neçə hökumət başçısı təhlükəsizlik zəmanətləri və ya hətta qoşunların yerləşdirilməsi üçün parlament baxışının zəruri olduğunu qeyd edib.
Şənbə günü keçirilən telekonfrans zamanı Danimarka, İsveç və Norveçin baş nazirləri Zelenskidən Trampla görüşündən sonra mümkün təhlükəsizlik zəmanətləri ilə bağlı Amerika vədləri barədə mümkün qədər çox məlumat verməsini istəyiblər.
Bunun "kağız üzərində" görülməli olduğu ifadəsi dəfələrlə səsləndirilib, Ukrayna prezidentinin təhlükəsizlik zəmanətlərinə dair qəti öhdəliklər götürmədən ərazi məsələləri ilə bağlı rəsmi güzəştlərə getməməsi tövsiyəsi də edilib.
Merts, həmçinin sülh müqaviləsinin bir hissəsi olmağa hazır olduqlarını, lakin imzalamadan əvvəl onun məzmununu bilməli olduqlarını vurğulayıb.
Transkriptə görə, bir neçə dövlət və hökumət başçısı Zelenskiyə Trampdan sülh planının hazırkı versiyası ilə bağlı Rusiyanın mövqeyini soruşmağı məsləhət görüb.
Bu 20 bənd, Rusiyanın güclü təsiri altında olan və yeni danışıqlar üçün başlanğıc nöqtəsi olan 28 bəndlik sənəddən əhəmiyyətli dərəcədə fərqlənir.
Tural
-
Nida Xəbər 10:12İlham Əliyevin Naxçıvana səfəri Gürcüstan mətbuatının diqqət mərkəzində - FOTO
-
Dünya09:27Türkiyə Lavrovun cavabını verdi: Mövqeyimiz dəyişməyib
-
Hadisə08:48Azərbaycanlı biznesmeni Türkiyədə kim öldürüb? - Vacib detallar
-
Elm və təhsil04:30Qabiliyyət imtahanları ilə bağlı diqqətçəkən statistika - 6209 nəfər imtahana gəlməyib
-
Hadisə02:19Dəhşətli qəzada həlak olan AAYDA əməkdaşının fotosu
-
Qoroskop01:20Günün ulduz falı: Keçmişlə bağlı mövzular yenidən gündəmə gələcək
-
Ekologiya00:27Günəş tutulması başa çatdı - Yeniləndi
-
Hadisə12 Avqust 22:04Bakıda avtobus yandı - Video















.png)























