Region
Paşinyan və nazirləri Yeni ili harada keçirəcəklər?
Ermənistanın Baş naziri Nikol Paşinyan və hökumət üzvlərinin əksəriyyəti 2026-cı ili Ermənistanda qeyd etməyi planlaşdırır.
Publika.az xəbər verir ki, bu, “Sputnik Ermənistan”ın hökumət başçısının mətbuat xidmətinə və 12 müvafiq nazirliyə göndərdiyi yazılı sorğulara cavablardan bəlli olub.
Məlumata görə, baş nazir Yeni il gecəsini ölkədə keçirəcək. Lakin mətbuat xidməti onun İrəvanda, yoxsa İcevanda olacağını dəqiqləşdirməyib.
İqtisadiyyat naziri Gevorq Papoyan Yeni ili ailəsi ilə birlikdə İrəvanda qeyd edəcək. Yüksək Texnologiyalar Sənayesi naziri Mxitar Hayrapetyan və xarici işlər naziri Ararat Mirzoyan da bayram gecəsini paytaxtda keçirməyi planlaşdırırlar. Ədliyyə naziri Srbuhi Qalyanın da İrəvanda olacağı gözlənilir.
Ermənistanda Daxili İşlər naziri Arpine Sarkisyan, Müdafiə naziri Suren Papikyan, Ətraf Mühit naziri Hambardzum Matevosyan, Təhsil, Elm, Mədəniyyət və İdman naziri Janna Andreasyan və Səhiyyə naziri Anahit Avanesyan da Yeni il gecəsini ölkədə qeyd edəcəklər.
Ərazi İdarəetmə və İnfrastruktur naziri David Xudatyan və maliyyə naziri Vahe Ovannisyan Yeni ili ölkənin bölgələrində qeyd etməyi planlaşdırırlar.
Əmək və Sosial Məsələlər naziri Arsen Torosyanın harada olduğu hələ də məlum deyil. Mətbuat xidmətiməsələnin onun səlahiyyətləri xaricində olduğunu bildirib və şərh verməkdən imtina edib.
Tural
-
Pul14:23Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?
-
Rəsmi xronika13:37Azərbaycanda işçilərə şirkət payı veriləcək
-
ABŞ13:07Trampdan "2028" mesajı: Prezident seçkilərində namizədliyinə eyham vurdu
-
Rəsmi xronika13:03Bu şəxslər 7 min manatadək cərimələnəcək
-
Dünya12:47Yaponiya bu hadisəyə hazırlaşır - Paytaxt üçün ehtiyat plan bəlli oldu
-
Ekologiya12:37Sabah 41 dərəcə isti olacaq - PROQNOZ
-
Hadisə11:52Bakı çimərliklərində təhlükə iddiası: Azyaşlı qızlara yaxınlaşan şəxs axtarılır - FOTO
-
İdman11:10Bunun adı soyğunçuluqdur – ABŞ İspaniyanın mükafatından 19 milyon vergi tutacaq?
























.jpg)














