Sosial
Gələn ilin ilk gününə olan hava proqnozu açıqlandı
Bakıda və Abşeron yarımadasında yanvarın 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Publika.az-a verilən məlumata görə, gecəyə doğru bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
Havanın temperaturu gecə 2-4, gündüz 6-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80% təşkil edəcək.
Azərbaycanın rayonlarında dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.
Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.
-
Region23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin122:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ
-
İdman19:48PSJ Luis Enrikeyə bu qədər maaş təklif edir
-
ABŞ19:00Argentina İranın müvəqqəti işlər vəkilinə iki gün vaxt verdi













.png)




















