Sosial
“Eltacın yığdığı pulla küçəyə asfalt salındı...” - VİDEO
Ötən ay Bakıda ofisiant işlədiyi restoranın yaxınlığında faciəvi şəkildə vəfat edən 19 yaşlı Eltac Əliyevin pulu ilə yaşadığı küçəyə asfalt salınıb.
Publika.az xəbər verir ki, bununla bağlı mərhumun bacısı sosial şəbəkədə paylaşım edib.
Onun sözlərinə görə, Eltacın yaxınları, onu sevənlər həmin küçəni “Eltac yolu” adlandırırlar: “Eltac pul yığmışdı, özünə qismət olmadı. Onun pulu ilə küçəyə asfalt salındı. Eltacın səsi təkcə xatirələrdə deyil, indi addım atdığımız bu yolda yaşayır. Bəziləri sözlərlə xatırlanar, bəziləri əməlləri ilə... Eltac küçəyə yalnız asfalt yox, böyük iz qoydu. İndi bu yola hər kəs “Eltac yolu” deyir, illərlə belə deyiləcək. Səninlə hər zaman qürur duymuşuq, Eltacım”.
Qeyd edək ki, noyabrın 21-i Binəqədi rayonu Biləcəri qəsəbəsində “Lake Hotel” restoranının yaxınlığında oranın 4 əməkdaşını dəmir konstruksiyalı pilləkən apararkən cərəyan vurub. Nəticədə Emil Quliyev (2005), Əkbər Zeynalov (2007), Cavidan Muradov (1998) və Eltac Əliyev (2006) vəfat ediblər.(“Qafqazinfo”)
-
Dəb03:13Bu il "nənə ətəyi" trend olacaq - FOTO
-
Nəqliyyat02:42İllərdir yolu gözlənilən qatarın FOTOLARI
-
Magazin100:30İrina Şeyk yeni obrazı ilə diqqət çəkdi - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Aranızdakı güvən sarsıla bilər
-
İdman19 May 23:00Alonso Mbappeyə elçi düşdü
-
İdman19 May 21:48"Barselona"nın müdafiəçisi üçün yeni səhifə açıla bilər
-
Magazin119 May 21:36Xalq artisti İzzət Bağırovla anasını kövrəltdi - VİDEO
-
MDB19 May 21:24Rusiya XİN-dən NATO-ya xəbərdarlıq - “Qaynar başlar” soyudulacaq




































