NATO Qara dənizdə "müharibə oyunları" keçirir
Bizi izləyin

Dünya

NATO Qara dənizdə "müharibə oyunları" keçirir

NATO Qara dənizdə "müharibə oyunları" keçirir

Qara dənizdə NATO-nun altı üzv-dövlətinin hərbi dənizçilərinin iştirakı ilə "Opex-26" (Operational Experimentation - operativ sınaq) adlı beynəlxalq hərbi təlimlər keçirilir. Təlimlərdə avtonom pilotsuz dəniz aparatlarından istifadə olunur.

Publika.az xəbər verir ki, bu barədə Rumıniya Hərbi Dəniz Qüvvələrinin qərargahı məlumat yayıb.

Bildirilir ki, məqsədi dəniz pilotsuz aparatlarının sınaqdan keçirilməsi olan beynəlxalq manevrlər mayın 18-dən 29-dək Manqaliya hərbi limanında və Qara dənizin bir sıra bölgələrində keçirilir.

Təlimlərdə Bolqarıstan, Kanada, Portuqaliya, Rumıniya, ABŞ və Türkiyə, həmçinin dəniz pilotsuz aparatları istehsal edən mülki şirkətlərin nümayəndələri iştirak edirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm