İdman
Alonso Mbappeyə elçi düşdü
“Çelsi”nin yeni baş məşqçisi Xabi Alonso “Real Madrid”in hücumçusu Kilian Mbappeni London klubuna transfer etməkdə maraqlıdır.
Publika.az xəbər verir ki, bu barədə “Football365” nəşri məlumat yayıb.
Məlumata görə, İngiltərə klubu artıq futbolçunun həm də meneceri olan anası ilə əlaqə saxlayıb. Xabi Alonso özü də Mbappeni “Stemford Bric”də görməkdə israrlıdır.
Qeyd edək ki, Xabi Alonso “Real”da işlədiyi dövrdə futbolçu ilə yaxşı münasibətə malik olub.
Kilian Mbappe isə açıq şəkildə “Real Madrid”in heyətində dördüncü hücumçu olmaqdan narazılığını dilə gətirib.
Bundan əlavə, mayın 5-də fransız hücumçunun komandanın məşqçilər heyətinin üzvü ilə münaqişə yaşadığı barədə xəbərlər yayılıb. İnsidentin aprelin 24-də, “Betis”lə matçdan (1:1) əvvəl baş verdiyi bildirilir. Məlumata görə, Mbappe məşq zamanı ofsaydı qeydə alan əməkdaşa qarşı nalayiq ifadələr işlədib.
Eyni zamanda, Mbappenin klubdan Vinisiusun satılmasını tələb etdiyi də iddia olunur. Jurnalist Fransua Qallardo bildirib ki, futbolçunun anası Fayza Lamari artıq bu tələblə “Real”ın prezidenti Florentino Peresə müraciət edib. İddiaya görə, Vinisius komandada qalacağı təqdirdə, Mbappe klubu tərk edəcək.
Hüseyn İbadlı
-
İdman23:00Alonso Mbappeyə elçi düşdü
-
İdman21:48"Barselona"nın müdafiəçisi üçün yeni səhifə açıla bilər
-
Magazin121:36Xalq artisti İzzət Bağırovla anasını kövrəltdi - VİDEO
-
MDB21:24Rusiya XİN-dən NATO-ya xəbərdarlıq - “Qaynar başlar” soyudulacaq
-
MDB20:24Putin Pekində görün hansı avtomobildən istifadə edir... - FOTO
-
İdman20:12Dünya birincisi məşhur jurnalın üz qabığını bəzədi - FOTO
-
Nida Xəbər 19:50Şamaxıda günəş belə qürub edir... - FOTO
-
Elm və təhsil17:35Günəşdə güclü aktivlik: Eyni anda 3 üç güclü partlayış qeydə alındı

































.jpg)



