Sosial
Yas mərasimlərində yeni TREND - "Bu, dinin qaydalarından kənara çıxmaqdır"
Sosial şəbəkələrdə yayılan görüntülər cəmiyyətdə ciddi müzakirələrə səbəb olub.
Belə ki, bəzi bölgələrdə yas mərasimlərinin toy ab-havasında keçirilməsi, cənazənin evdən musiqi sədaları altında çıxarılması birmənalı qarşılanmayıb.
Yas mərasiminin mahiyyətinə uyğun olmayan bu cür mənzərələr həm dini, həm də sosial baxımdan çoxsaylı suallar doğurur.
Publika.az xəbər verir ki, Baku TV mövzu ilə bağlı paytaxt sakinlərinin fikirlərini öyrənib.
Sakinlərdən biri bildirib: "Düzgün deyil. Musiqi ilə yas olar?!".
Başqa bir sakin isə qeyd edib: "Məncə, bu, normal deyil. Amma yenə də hərənin öz düşüncəsi var, qınamaq da olmaz. Axı övlad itiriblər".
İlahiyyatçı Tural İrfanın sözlərinə görə, bu kimi halların qarşısının alınmasında ağsaqqalların və xüsusilə din xadimlərinin rolu böyükdür:
"Bu, mənfi bir adət-ənənənin formalaşmasına səbəb ola bilər. Başqaları da öz yaxınını zurna, tar, kamança ilə dəfn edər. Bu isə islam dininin qaydalarından kənara çıxmaq deməkdir. Dəfn mərasimlərində ağlaşma, təntənəli mərsiyə məclislərinin keçirilməsi də düzgün hesab olunmur".
Daha ətraflı videomaterialda:
-
Rəsmi xronika11:16Prezident onları qəbul etdi
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...
-
İqtisadi gündəm06:46Yanacaq qiymətləri "partlayış" həddində - Təyyarə ilə səyahət xəyala çevrilə bilər
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə




































