Sosial
Qarabağ atları ərəb körfəzini fəth etdi - FOTO
Bəhreyn Krallığında keçirilən “Mara’ee 2025” festivalı regionun ən önəmli mədəni hadisələrindən biri kimi beynəlxalq auditoriyanın diqqətini cəlb edib. Festival ölkənin tarixi ənənələrini, təsərrüfat mədəniyyətini və müasir baxışını bir araya gətirən geniş proqramı ilə seçilərək mədəniyyətlərarası dialoq üçün mühüm platforma rolunu oynayıb.
Publika.az xəbər verir ki, bu barədə DSX məlumat yayıb.
Bildirilib ki, bu mötəbər tədbirdə Azərbaycan nümayəndə heyəti xüsusi proqramla çıxış edərək festivalın ən yaddaqalan iştirakçısına çevrilib. Təqdim olunan səhnə kompozisiyaları yüksək peşəkarlıq, dəqiqlik və estetik yanaşma ilə seçilərək tamaşaçıların böyük marağına səbəb olub. Çıxışlar vahid bədii konsepsiya əsasında qurulub, milli ruhu və səhnə mədəniyyətini dinamik formada əks etdirib.
Azərbaycan tərəfi festival çərçivəsində 8–13 dekabr tarixləri arasında hər gün iki dəfə səhnəyə çıxaraq proqramın ən intensiv və davamlı təqdimatlarından birini həyata keçirib. Bu çıxışlar ölkəmizin zəngin mədəni irsini, intizamlı hazırlıq səviyyəsini və beynəlxalq səhnədə layiqli təmsilçilik qabiliyyətini bir daha nümayiş etdirib.
Festival çərçivəsində Azərbaycan tərəfindən təqdim olunan səhnə proqramında Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin süvarilər heyəti, orkestr və rəqs kollektivləri iştirak edib. Bu kollektivlərin birgə və ahəngdar çıxışları tədbirin ümumi konsepsiyasına xüsusi dinamika qatmış, Azərbaycan mədəniyyətinin intizam, ənənə və peşəkarlıq üzərində qurulan təqdimatını beynəlxalq auditoriyaya nümayiş etdirib. “Mara’ee 2025” ölkəmizin mədəni təmsilçiliyinin uğurla reallaşdırıldığı mühüm beynəlxalq platformalardan biri olub.
Sonda Azərbaycan komandası Bəhreynlə ləyaqətlə vidalaşaraq, bu ölkənin mədəni yaddaşında dərin və xoş iz buraxıb, iki ölkə arasında mədəni əlaqələrin daha da möhkəmlənməsinə töhfə verib.





-
Nida Xəbər 18:10Azərbaycanda yeni gömrük yığımları tətbiq ediləcək
-
Sosial16:55Bakı sakinlərinə ŞAD XƏBƏR
-
Ekologiya16:42Əhaliyə xəbərdarlıq edildi: Yanvarın 13-ü axşamdan 14-ü axşamadək...
-
Rəsmi xronika15:56Su təchizatı ilə bağlı Dövlət Proqramı təsdiqləndi
-
Rəsmi xronika15:27Prezident müşavirə keçirdi - YENİLƏNDİ
-
Dünya14:24Müharibəyə də, dialoqa da hazırıq - İrandan Trampa cavab
-
Rəsmi xronika13:55Prezident təsdiqlədi: Onların hərbi xidmət müddəti azaldıldı
-
ABŞ13:36İran içəridən partladılacaq: Vaşinqtonun GİZLİ PLANI






.jpg)
.jpg)



.jpg)



.jpg)

.jpg)



















