Sosial
FHN-in yeni generalları kimlərdir?
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Adil Abdullayevə general-leytenant, Fərhad Səmədov, Seymur Qaraşova general-mayor, Vaqif Ibrahimova isə daxili xidmət general-mayoru ali xüsusi rütbəsi verilib.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, Adil Abdullayev fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müavinidir.
O, 21 sentyabr 1977-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib.
Adil Abdullayev son təyinata qədər Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəhbəri vəzifəsində çalışıb.
Fərhad Səmədov isə FHN-in Mülki müdafiə tədbirlərinin təşkili idarəsinin rəisidir.
Seymur Qaraşov isə nazirliyin Daxili təhlükəsizlik Baş idarəsinin rəisi vəzifəsində çalışır. O, Lənkəranın icra başçısı Taleh Qaraşovun oğludur.
Vaqif İbrahimov isə Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisidir. O, bu vəzifəyə 2025-ci ildə gətirilib.
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...






































