Sosial
Kiçik Kövsər, böyük uğur - BMT festivalında ikiqat qələbə
Uşaq İncəsənət Festivalının laureatı Kövsər Qurban beynəlxalq səviyyədə böyük uğura imza atıb.
Publika.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, o, BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC) və Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) birgə təşkil etdiyi PLURAL+ Gənclər Video Festivalında “Black and White” animasiya filmi ilə ikiqat qalib olub.
Kövsər 11-ci UNAOC Beynəlxalq Forumu çərçivəsində keçirilən Beynəlxalq PLURAL+ Gənclər Film Festivalında 12 yaşdan aşağı yaş kateqoriyası üzrə Beynəlxalq Jüri Mükafatına (1-ci yer) və FCAT Tərəfdaş Mükafatına layiq görülüb.
Bu uğur ona Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək beynəlxalq mükafatlandırma mərasiminə iştirak qazandırıb.
Gənc istedadın nailiyyətləri bununla bitmir. Kövsər Qurban Beynəlxalq SAF Olimpiadasında VidX kateqoriyası üzrə 4 dəfə qalib olub.
Kövsər musiqi sahəsində də uğurları ilə seçilir. O, İspaniyada keçirilən beynəlxalq incəsənət festivalında fortepiano üzrə solo ifada ikiqat birinci yer, eləcə də Art Olimpia İncəsənət Müsabiqəsində fortepiano üzrə solo ifa kateqoriyasında çoxsaylı mükafatlar qazanıb. O cümlədən, Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi, Elm və Təhsil Nazirliyinin birgə təşkil etdiyi Uşaq İncəsənət Festivalında 2023-cü ildə rəsm nominasiyası üzrə 2-ci olub.





-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...






































