Sosial
Həmin 14 yaşlı qız altıncı sinifdən məktəbdən çıxarılıbmış... - FOTO
Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində 14 yaşlı qızın ərə verilməsi ilə bağlı hadisənin bəzi detalları məlum olub.
Publika.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, 2011-ci il təvəllüdlü qız altıncı sinifdən məktəbdən çıxarılıb.
Anası Elnarə Ələsgərovanın sözlərinə görə, qızının təhsildən kənarda qalmasına səbəb ailənin maddi sıxıntılarının olmasıdır: “Qızımın toyu olmayıb. Kafelərin birində sadəcə “həri” mərasimi keçirilib. Övladımı oxuda bilməmişəm, buna səbəb imkanımın olmamasıdır”.
Qeyd edək ki, ötən gün Tovuz Rayon Polis Şöbəsinə rayonun Yuxarı Öysüzlü kəndində 14 yaşlı qızın toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub. Onu özündən 19 yaş böyük - 1992-ci il təvəllüdlü Firdovsi Abbasovla evləndirmək istəyiblər. Polis əməkdaşları tərəfindən həmin mərasimin qarşısı alınıb və tərəflərin valideynləri ərazi üzrə polis orqanına dəvət olunublar. Qıza toy edən şəxsin ögey atası olduğu müəyyənləşib.
Məhkəmənin qərarı ilə 1 ay müddətinə inzibati qaydada həbs edilən şəxs isə bəyin atası Fizuli Abbasovdur.
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...






































