Sosial
Yaponiya toylarında var, bizdə də olsun - Yeni TƏKLİF
“Toy xalqımızın ən gözəl adətlərindən biridir. Lakin etiraf etməliyik ki, bu gün toylarımızda israfçılıq həddini aşmış vəziyyətdədir. Şadlıq evlərində süfrələrdə artıq qida tullantıları, sonsuz menyu çeşidləri, dekorasiya və şou xərcləri əndazəni aşır. Tonlarla kabab zibilə atılır, amma ət ala bilməyən minlərlə ailə var”.
Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Razi Nurullayev deyib.
“Digər ciddi məsələ isə toylarımızda musiqinin səsidir. Şadlıq evlərinin əksəriyyəti səsi udan akustik materiallarla təchiz olunmayıb. Nəticədə valideynlər, yaşlı insanlar, hətta uşaqlar saatlarla yüksək səsin altında qalır. Musiqi xadimləri də məcbur olub səsi artırır, çünki zal akustikası zəifdir; bu isə qulaq tutulmasına, baş ağrılarına, uzunmüddətli eşitmə problemlərinə səbəb olur. Xalqın ən sevincli günü sağlamlıq riski daşıyan mühitə çevrilir.
Dünyanın bir çox ölkəsində – məsələn, Türkiyə, Avropa Birliyi ölkələri və Yaponiyada restoranlar üçün xüsusi akustik standartlar var. Musiqinin səs gücü adətən 85–90 desibel həddini keçə bilməz. Bu hədd insan qulağı üçün təhlükəsiz hesab edilir. Zalın divarları səsi udan panellərlə, tavan xüsusi akustik örtük ilə təmin olunur. Bizdə isə bir çox şadlıq evində bu tələblər yoxdur, nəticədə musiqinin səsi 100–110 desibel həddinə qədər yüksəlir ki, bu da sağlamlıq üçün təhlükəlidir.
Təklif edirəm ki, şadlıq evlərinin lisenziyalaşdırılmasında akustik standartlar məcburi olsun, səs gücü üçün yuxarı limit tətbiq edilsin, akustik panellər və səsizolyasiya dövlət standartının bir hissəsinə çevrilsin. Bununla həm sağlamlıq qorunar, həm musiqi daha keyfiyyətli səslənər, həm də toylarımız mədəniyyət və rahatlıq baxımından dünya səviyyəsinə çatmış olar”, – R.Nurullayev qeyd edib.
(Globalinfo)
-
Nida Xəbər 15:54Paşinyan Türkiyə və Azərbaycanla sərhəddəki dəmir yolu stansiyaları ilə bağlı əmr verdi
-
Sosial15:42Əli Əsədov qərar imzaladı
-
Rəsmi xronika13:54İlham Əliyev sərəncam imzaladı
-
Hadisə13:29Əsgərin ölümü ilə bağlı rəsmi açıqlama
-
Region12:24Paşinyan II Qareginin yerinə onu gətirir
-
Nida Xəbər 11:45Azərbaycan Ermənistana bu məhsulu yola saldı
-
Sosial11:35Onlar yüksək vəzifəyə təyin olundu
-
Nida Xəbər 09:40Türkiyədə məşhurların kütləvi həbsi: Görün bu dəfə kimlər saxlanıldı - SİYAHI


























