Sosial
Uşaqlarla bağlı bu qanuna dəyişiklik ediləcək
"Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanuna dəyişiklik ediləcək.
Publika.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Seymur Məmmədli qurumun keçirdiyi tədbirdə çıxışı zamanı məlumat verib.
O qeyd edib ki, bununla əlaqəli beynəlxalq təcrübə əsasında dəyişiklik layihəsi hazırlanır:
"Təklif olunan dəyişikliklərlə gələcəkdə uşaqlarla bağlı oyuncaq, geyim və əşyalar tənzimlənsin. Misal olaraq, küçədə görürük ki, paltarın üzərində cinayətkarlığın təbliği var. Bununla bağlı bir çox ölkələrdə yaxşı təcrübələr var".
Komitə nümayəndəsi bildirib ki, internetdə sərhədlərin olmaması zərərli informasiyaları da əlçatan edir:
"Hər hansı bir məlumatla bağlı istənilən ölkənin dövlət qurumunun saytına daxil ola bilərik. Bunun üstün tərəfi ilə yanaşı, mənfi tərəfləri də var. Bu məsələdə ən çox uşaqlar əziyyət çəkir. Azərbaycanda uşaqların hüquqlarının qorunması ilə bağlı qanun var və orada bəzi zərərli məlumatların uşaqlar arasında yayılması və digər neqativ hallarla mübarizə məsələsi əksini tapıb".
Qurum rəsmisi xatırladıb ki, hansısa informasiya məhsulu istifadəyə buraxılmazdan əvvəl yaş kateqoriyasına uyğun təsnifatlaşdırılır:
"Uşaqların zərərli informasiyaya məruz qalmasında əsas məsələrdən biri də internet aslılığıdır. Ev işləri ilə məşğul olan qadınlar uşaqlara müxtəlif mobil tətbiqlərə girişə imkan yaradır. Bunun da mənfi tərəfləri özünü göstərir. Yekunda uşaqlar ünsiyəttdən çəkinirlər".
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var







































