Sosial
Shokki Mokki” “Məktəbim” layihəsinə dəstəyini davam etdirir
Uşaqların sevimli markası “Shokki Mokki” sosial məsuliyyət strategiyası çərçivəsində artıq 3 ildən çoxdur ki, UAFA təşkilatı ilə birgə “Məktəbim” layihəsini uğurla icra edir.
Layihənin əsas məqsədi aztəminatlı ailələrdən olan uşaqların keyfiyyətli və təhlükəsiz məktəbəqədər təhsilə çıxışını təmin etmək, eyni zamanda qadınların sahibkarlıq və məşğulluq imkanlarını artırmaqdır. Bu yanaşma “Məktəbim” layihəsini həm təhsil, həm də sosial-iqtisadi inkişaf baxımından əhəmiyyətli bir təşəbbüsə çevirir. 2025-ci ildə layihə çərçivəsində mühüm nəticələr əldə olunub.
Belə ki, ölkənin müxtəlif bölgələrində 22 yeni “Məktəbim” mərkəzi fəaliyyətə başlayıb və 220-dən çox uşaq məktəbəqədər təhsilə cəlb olunub. Açılan mərkəzləri UAFA tərəfindən xüsusi təlim keçmiş qadın sahibkar idarə edir. Bu mərkəzlər uşaqlar üçün təhlükəsiz mühitdə, müasir tədris metodlarına əsaslanan və yüksək keyfiyyət standartlarına cavab verən təhsil imkanları yaradır. Hazırda “Məktəbim” layihəsi Azərbaycanın bir sıra şəhər və rayonlarını əhatə edir.
Layihə Bakı, Xırdalan, Sumqayıt, Quba, Xaçmaz, Gəncə, Saatlı, Hacıqabul, Şirvan, Samux və Siyəzən şəhərlərində uğurla fəaliyyət göstərir və regionlarda məktəbəqədər təhsilin əlçatanlığını artırır. “Shokki Mokki” məhsullarını əldə etməklə siz də təhsildə dayanıqlı inkişafın təmin olunmasına, uşaqların daha parlaq gələcəyə doğru addımlamasına dəstək ola bilərsiniz.
-
Region15:38Paşinyan bu dəfə xanım jurnalistlə mübahisə etdi: Sus, yoxsa qovulacaqsan
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi






































