Sosial
“Araz” supermarketlər şəbəkəsi “Dayaq” mükafatına layiq görülüb
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsi İqtisadiyyat Nazirliyinin dəstəyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Güc biznesdədir” devizi ilə təqdim olunan “Dayaq” mükafatına layiq görülüb. Mükafat şirkətə “Əlillik məhdudiyyət deyil” nominasiyası üzrə təqdim olunub. “Araz” əlilliyi olan şəxslərin məşğulluğunun təmin edilməsi sahəsində həyata keçirdiyi fəaliyyətə, eləcə də inklüzivliyi dəstəkləyən və bərabər imkanlara əsaslanan korporativ yanaşmanın tətbiqinə görə bu mükafata layiq görülüb.
“Dayaq” mükafatı 2025-ci ildə biznesində innovativ və müasir yanaşmalar tətbiq edən, ixracyönümlü məhsul və xidmətlər istehsal edən, aktiv investisiya fəaliyyəti ilə seçilən və məşğulluğun təmin edilməsinə öz töhvəsini verən biznes subyektlərinə təqdim edilib.
Qeyd edək ki, KOBİA tərəfindən 2022-ci ildə təsis edilmiş “Dayaq” mükafatının məqsədi iqtisadiyyatın dayağı olan sahibkarların uğurlarının cəmiyyətə daha geniş tanıdılması, biznes düşüncə tərzinin təşviqi və dövlət-özəl sektor arasında əməkdaşlığın daha da möhkəmləndirilməsidir. Bu mükafat sahibkarların dayanıqlı inkişaf, innovativ yanaşma və sosial məsuliyyət sahəsində yaratdığı dəyəri cəmiyyətə tanıdır.
-
Region13:04Azərbaycanın Ermənistana benzin göndərməsi Türkiyədə gündəm oldu: Nə deyirlər?
-
ABŞ12:31Kosmosda müharibə: ABŞ və Çin peyklərinin döyüşü başladı
-
İdman11:02Tarixə düşən rus qapıçının imdadına hiylə çatıb? - Hər şey üzə çıxdı - FOTOLAR
-
ABŞ10:06️ABŞ-a getmək istəyənlərə bəd xəbər: "Green Card" dayandırıldı
-
İKT07:47"TikTok" RAZILIQ VERDİ: ABŞ bölməsi bu tarixdə satılır
-
İdman06:46Zidanla bağlı YENİ XƏBƏR - Elə plan cızıb ki...
-
Magazin106:16Vəfa ondan boşandı: “Bir ildir ayrılmışıq” - VİDEO
-
Nida Xəbər 06:00Ermənistana yanacaq daşıyan yük qatarı Gürcüstana yola salındı - VİDEO







.jpg)










.jpg)





