Sosial
Anar Ələkbərov 98 yaşlı Xalq rəssamını ziyarət etdi
Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Xalq rəssamı, heykəltaraş, “Şərəf”, “İstiqlal”, “Heydər Əliyev” ordenləri ilə təltif olunmuş Ömər Eldarovu evində ziyarət edib.
Publika.az xəbər verir ki, Anar Ələkbərov bu barədə "İnstagram" hesabında paylaşım edib.
Paylaşımda deyilir:
"98-yaş kimsə üçün sadəcə rəqəmdir. Ömər müəllim üçün isə bu nurla, həyat təcrübəsi və Allahın xeyir-duası ilə dolu bir ömür yoludur. Bu illər siz şərəf və ləyaqətlə yaşamısınız, təkcə daşda və bürüncdə deyil, insanların qəlbində də iz qoymusunuz.
Qoy canınız sağlam, ruhunuz gənc, təbəssümünüz isə həmişə belə işıqlı olsun. Doğum gününüz mübarək, Sənətkar".
Qeyd edək ki, Ömər Eldarovun bu gün 98 yaşı tamam olur.
-
Region15:38Paşinyan bu dəfə xanım jurnalistlə mübahisə etdi: Sus, yoxsa qovulacaqsan
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi





































