Sosial
FHN propan qaz balonları ilə bağlı monitorinqlər keçirdi - FOTOLAR
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) səlahiyyətləri daxilində ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir.
Publika.az xəbər verir ki, bu çərçivədə, DYNX tərəfindən qeyri-yaşayış obyektlərində propan qaz balonlarından istifadə ilə əlaqədar növbəti monitorinqlər keçirilb.
Respublikanın bir sıra şəhər və rayonlarında, o cümlədən Bakı şəhərində keçirilən monitorinqlər zamanı bəzi qeyri-yaşayış obyektlərində yanğın təhlükəsizliyi qaydalarının tələblərinə zidd olaraq insan həyatı və sağlamlığı üçün birbaşa təhlükə mənbəyi olan propan qaz balonlarından istifadə halları aşkar edilib.
Həyata keçirilən tədbirlər sayəsində təhlükə mənbəyi olan propan qaz balonları obyektlərin nümayəndələri tərəfindən kənarlaşdırılıb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Fövqəladə Hallar Nazirliyi bir daha vətəndaşlara, o cümlədən fiziki və hüquqi şəxslərə müraciət edərək, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasına çağırır və xatırladır ki, bazar və yarmarkaların ərazisində, binaların zirzəmi, kürsü, birinci və ikinci mərtəbələrində, o cümlədən həyətyanı sahələrdə propan qaz balonlarının saxlanılması və istifadəsi qadağandır.








-
Dünya15:17Lüks mühacirət: Bəşər Əsəd Moskvadakı dəbli restoranda göründü
-
Region14:58Proqnozlar alt-üst olur: Türkiyədə illik inflyasiya arta bilər
-
Sosial14:03Müavinət, təqaüd və ünvanlı yardım alanlara ŞAD XƏBƏR: Həftənin sonuna kimi...
-
Avropa13:28Azərbaycanlı sürücü Almaniyanı qarışdırdı: Qəza törətdi, hadisə yerindən qaçdı və...
-
Avropa13:01Avropa təlaşda: Unudulmuş qorxunc xəstəlik qayıdıb
-
Dünya12:35Görün Tramp Tokayevə nə hədiyyə göndərdi - FOTO
-
İdman11:42Ulduz futbolçunun yeni sevgilisi kimdir? - FOTOLAR
-
Sosial11:36Azərbaycanda siqaret bu qədər bahalaşacaq: Yanvarın 1-dən - VİDEO

























