Sosial
"Azərsun Holdinq" "Tullantıları hədiyyələrə dəyiş" ekoloji festivalına dəstək verib
İnsanlarda tullantıların düzgün idarə olunması, çeşidləmə vərdişlərinin təşviqi və ekoloji məsuliyyətli davranışın formalaşdırılması məqsədi ilə təşkil olunan festivalın əsas dəstəkçilərindən biri də “Azərsun Holdinq”dir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə toplanan plastik, şüşə tullantılar və işlənmiş batareyalar müvafiq emal müəssisələrinə göndərilərək ətraf mühitə zərərin azaldılmasına töhfə verəcək.
Aksiya zamanı iştirakçılar ümumilikdə 6585 litr plastik butulka, 562 litr şüşə tullantı və 1026 ədəd işlənmiş batareya təhvil verərək , müxtəlif hədiyyələr əldə ediblər. Toplanan tullantılar növlərinə uyğun şəkildə çeşidlənərək yenidən emal prosesinə cəlb edilib.
Festival müddətində tullantıların təkrar emalı, resursların səmərəli istifadəsi və ətraf mühitin mühafizəsinin əhəmiyyəti ilə bağlı maarifləndirici məlumatlar təqdim olunub. “Azərsun Holdinq” gələcəkdə də ekoloji layihələrdə fəal iştirak edərək dayanıqlı inkişaf, təmiz ətraf mühit və məsuliyyətli istehlak vərdişlərinin formalaşdırılmasına töhfə verməyi davam etdirəcək.
-
Sosial16:32DGK-nın vəzifəli şəxsləri həbs edildi - Axtarışa verilənlər var
-
Rəsmi xronika15:48İlham Əliyev Xocalıya getdi
-
Dünya15:17Lüks mühacirət: Bəşər Əsəd Moskvadakı dəbli restoranda göründü
-
Region14:58Proqnozlar alt-üst olur: Türkiyədə illik inflyasiya arta bilər
-
Sosial14:03Müavinət, təqaüd və ünvanlı yardım alanlara ŞAD XƏBƏR: Həftənin sonuna kimi...
-
Avropa13:28Azərbaycanlı sürücü Almaniyanı qarışdırdı: Qəza törətdi, hadisə yerindən qaçdı və...
-
Avropa13:01Avropa təlaşda: Unudulmuş qorxunc xəstəlik qayıdıb
-
Dünya12:35Görün Tramp Tokayevə nə hədiyyə göndərdi - FOTO



























