Sosial
Çövkən üzrə Prezident Kubokunun qalibi məlum oldu - VİDEO
Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzinin qapalı manejində Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin doğum gününə həsr olunmuş çövkən oyunu üzrə 12-ci Prezident Kubokunun final görüşü və mükafatlandırma mərasimi keçirilib.
Federasiyadan Publika.az-a verilən məlumata görə, Dövlət Himninin səsləndirilməsi ilə başlayan mərasimdə Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestri, rəqs ansamblı və tanınmış sənətçilər musiqi və rəqs nümunələri ilə çıxış edərək, tədbirə xüsusi rəng qatıblar. Altı komandanın iştirak etdiyi turnirdə əvvəlcə 3 qrup oyunu keçirilib, birinci və ikinci yerləri tutan komandalar yarımfinal mərhələsində mübarizə aparıblar.
Daha sonra yarımfinalın qalibləri çempionluq uğrunda, məğlub komandalar isə üçüncülük uğrunda qarşılaşıblar.
Gərgin keçən üçüncülük görüşündə “Sərhədçi” komandası “Embavud”u 2:1 hesabı ilə məğlub edərək turnirin bürünc medalını qazanıb.
Prezident Kubokunun finalında isə “Elit” “Polad” kollektivini 3:2 hesabı ilə üstələyərək çempion olub.
Final görüşündən sonra mükafatlandırma mərasimi baş tutub.
-
MDB15:48Kreml 20 maddəlik sülh planını rədd edəcək: Nə qədər ki, Putinin belə fürsəti var...
-
Sosial14:48"Uşaqları texnologiyadan tamamilə təcrid etsək, qorxaq nəsil yetişər"
-
İdman14:18“Dünyanın ən seksual hokkeyçisi”dən qar üzərində qaynar - FOTOLAR
-
Rəsmi xronika13:20İlham Əliyev sərəncam imzaladı
-
İdman13:05Bekhemin ailəsində növbəti qalmaqal - Oğul ata və anasını blokladı
-
Dünya12:52Afina narahatdır: Türkiyə oyun qaydalarını dəyişir, yalnız bir seçim qalıb
-
Ekopublika.az12:43Azərbaycanda minimum maaş iki dəfədən çox arta bilər - Tarix verildi/VİDEO
-
Ekologiya12:32Qar yağacaq, yollar buz bağlayacaq - PROQNOZ






.png)
.jpg)
.jpg)
















