Region
Paşinyan "Tramp marşrutu" ilə bağlı etiraf etdi: İndiyədək böyük layihələr görməmişik
Həmişə cavabsız suallar olur, lakin bu mərhələdə aydınlaşdırma tələb edən suallar bizim tərəfimizdən kifayət qədər cavablandırılıb.
Publika.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərin İranın "Tramp marşrutu" (TRIPP) ilə bağlı mənfi mövqeyi haqda sualı cavablandırarkən bildirib.
Onun sözlərinə görə, TRIPP o qədər genişmiqyaslı bir layihədir ki, hər dəfə bir məsələyə aydınlıq gətirildikdə, həll edilməli olan yeni suallar ortaya çıxacaq. O əlavə edib ki, bu məsələlər həll edildikdən sonra yenidən yeni suallar ortaya çıxacaq.
Paşinyan əlavə edib ki, “Tramp marşrutu”, dəmir yolu və avtomobil yolu işə düşdükdə, qaz və neft boru kəmərləri, elektrik xətləri çəkiləndə yenidən həll edilməli olan suallar ortaya çıxacaq və vəziyyətə məhz bu cür yanaşma tələb olunacaq:
"Problemimiz ondadır ki, əvvəllər kiçik layihələrlə məşğul olmuşuq. Böyük layihələrə öyrəşməmişik, onların xüsusiyyəti ondadır ki, həmişə həll olunmamış məsələlər olur. Bir həll olunmamış məsələni həll etdikdə, daha dördü ortaya çıxır və sair".
Adəm
-
ABŞ21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı
-
Nida Xəbər 20:34Bu institut ləğv edilir - Qərar
-
Rəsmi xronika20:24Prezident Fərman imzaladı
-
Hadisə20:00Bakıda piyada son anda ölümdən döndü - Anbaan video
-
Kriminal18:25Ramiz Mehdiyev barədə qərar verildi
-
Sosial16:38Əli Kərimlinin həbs müddəti uzadıldı
-
Dünya15:32Qardaş ölkədə helikopter qəzası: bütün ekipaj həlak oldu

















.jpg)




















