Sosial
Elşən Məmmədovun ölkədən çıxışına qadağa qoyuldu
Azərbaycan Estetik Təbabət Assosiasiyasının sədri Elşən Məmmədovun ölkədən çıxışına məhdudiyyət qoyulub.
Publika.az qaynarinfo.az-a istinadən xəbər verir ki, Elşən Məmmədovun direktoru olduğu "Proline İnnovation Group" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) və sədri olduğu Azərbaycan Estetik Təbabət Assosiasiyasına görə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə külli miqdarda vergi borcu yaranıb.
İdarə tərəfindən 1974-cü il tarixində Göyçay rayonunda anadan olmuş Elşən Məmmədova Yasamal rayonunda qeydiyyatda olduğu ünvanına borcun ödənilməsi üçün məktub göndərilib. Lakin borc ödənilməyib və idarə tərəfindən məhkəməyə müraciət olunub.
Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iclasa gəlməyib və bunun səbəbləri barədə məlumat verməyib.
Məhkəmənin hökmü ilə Elşən Şahmar oğlu Məmmədovun ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılıb.
Məlumata görə, Elşən Məmmədovun ümumilikdə 30 min manatdan çox vergi borcu var.
-
Nida Xəbər 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ
-
İdman19:48PSJ Luis Enrikeyə bu qədər maaş təklif edir
-
ABŞ19:00Argentina İranın müvəqqəti işlər vəkilinə iki gün vaxt verdi
-
Region18:48Müəllimin geyimi müzakirə mövzusu oldu
-
Nida Xəbər 17:36BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi
-
Region15:38Paşinyan bu dəfə xanım jurnalistlə mübahisə etdi: Sus, yoxsa qovulacaqsan
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?




































