İdman
PSJ Luis Enrikeyə bu qədər maaş təklif edir
PSJ baş məşqçisi Luis Enrikenin müqaviləsini uzatmaq üçün danışıqları sürətləndirib.
Publika.az xəbər verir ki, Fransa klubunun rəhbərliyi ispan mütəxəssisin komandada yaratdığı dəyişikliklərdən çox razıdır. Enrikenin rəhbərliyi altında PSJ Avropanın ən güclü komandalarından birinə çevrilib.
Paris klubu onunla müqaviləni 2030-cu ilin iyununa qədər uzatmağı planlaşdırır.
“Mançester Yunayted”in marağı ilə bağlı şayiələrə baxmayaraq, Enrike Fransada qalmaq istəyir və PSJ-də işini davam etdirməyə müsbət yanaşır.
“L’Equipe” nəşrinin məlumatına görə, klub baş məşqçiyə illik 20 milyon avro məvacib təklif edəcək. Bu baş verərsə, Enrike dünyanın ən çox qazanan məşqçilərindən birinə çevrilə və hətta PSJ-də ən yüksək maaş alan şəxs ola bilər.
Qeyd edək ki, PSJ bu mövsüm Çempionlar Liqasının qalibi titulunu qorumağa çalışır. Komanda 1/4 final mərhələsində qarşıdakı həftə “Liverpul”la üz-üzə gələcək.
-
Sosial08:24Pensiya ilə bağlı vacib məlumat - 30 min manatı tez almaq üçün…
-
Hadisə06:16Qəfil vəfat edən Leysan tanınmış ailənin övladı imiş
-
İdman05:45Dopinqə icazə verilən ilk turnir: Dünya rekordu qırdı, 1 milyon qazandı
-
ABŞ04:30ABŞ İrana 30 gün vaxt verəcək...
-
Hadisə03:19Dəm qazı faciəsi: Nənə öldü, nəvənin vəziyyəti ağırdır - Foto
-
Qoroskop02:00Günün ulduz falı: yeni başlanğıclar vaxtıdır
-
Region01:40İranda partlayış səsləri eşidildi
-
Sosial25 May 23:15Bəzi şəxslərə pulsuz mənzillər veriləcək


























.jpg)












