Yaxın Şərq
İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın "Amazon" şirkətinin Bəhreyndəki bulud hesablamaları mərkəzinə hücum etməyə başlayıb.
Publika.az xəbər verir ki, bu barədə SEPAH-ın mətbuat xidmətinə istinadən İranın dövlət teleradio şirkəti (IRIB) məlumat yayıb.
"Casusluq və terror texnologiyalarının işlənib hazırlanması ilə məşğul olan Amerika şirkətlərinə qarşı ilk əməliyyat olaraq, "Amazon"un Bəhreyndəki bulud hesablamaları mərkəzi hücuma məruz qalıb və məhv edilib", - deyə mətbuat xidmətindən bildirilib.
Verilən bəyanata əsasən, "Amazon" şirkəti Yaxın Şərqi tərk edir.
Fevralın 28-də ABŞ İsrail ilə birlikdə İrana qarşı hərbi əməliyyata başlayıb. Cavab olaraq Tehran İsrailə, eləcə də Yaxın Şərqdəki, o cümlədən Səudiyyə Ərəbistanı, Bəhreyn, Qətər, Küveyt və BƏƏ-dəki Amerika bazalarına raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirir.
Aprelin 2-də İslam Respublikası Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" mərkəzi qərargahının nümayəndəsi İbrahim Zülfüqari bəyan edib ki, İran ABŞ və İsrail kapitulyasiya elan edənə qədər döyüş əməliyyatlarını davam etdirəcək.
Hüseyn İbadlı
-
MDB14:34Hökumətdə böyük dəyişikliklər - Rusiyada nə baş verir?
-
Rəsmi xronika14:23Prezident bir qrup energetiki təltif etdi
-
Sosial13:32Onları da əsgər aparacaqlar - Rəsmi açıqlama
-
Sosial12:29Ramiz Mehdiyev nə dediyini bilmir - Oğlu
-
Sosial11:54Axar.az saytı 13 yaşını qeyd edir
-
Rəsmi xronika11:27Anar Bayramov səhiyyə naziri təyin edildi
-
Hadisə10:30Azərbaycanda iki hərbçi HƏBS OLUNDU
-
Maraq dünyası09:30Dünyanın ən qədim gəmi qəzası Türkiyə sahillərində olub - Yeri tapıldı




































