Sosial
Bu hallar aşkar edildikdə işdən çıxarılacaqlar
İşçinin işdən kənar edilməsinin əsaslarının siyahısı genişləndirilib.
Publika.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.
Qanuna əsasən, işəgötürən aşağıdakı hallarda da mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə biləcək:
işçi icbari tibbi müayinə ilə bağlı verilmiş tibbi rəydə əmək funksiyalarının yerinə yetirilməsinə əks göstərişlər aşkar edildikdə;
müəyyən olunmuş qaydada əməyin mühafizəsi üzrə təlimdə iştirak etməkdən və biliyinin yoxlanılmasından boyun qaçırdıqda;
əmək vəzifələrinin pozulması halının araşdırılmasına maneçilik törətdikdə.
İşəgötürən işçinin işdən kənar edilməsi üçün əsas olan hal aradan qaldırılanadək işçini işdən kənarlaşdıra biləcək.
İşçinin işdən kənarlaşdırıldığı müddət hər bir konkret halın xarakterinə, işçinin işdən kənarlaşdırıldığı müddətdə həmin halın aradan qalxmasına və ya davam etməsi ondan asılı olan hallarla bağlı işçinin etdiyi hərəkətlərə (hərəkətsizliklərə) uyğun olaraq işəgötürən tərəfindən müəyyən ediləcək.
İşəgötürən işçinin işdən kənarlaşdırılması barədə əmrini (sərəncamını, qərarını) vaxtından əvvəl ləğv edə biləcək.
-
MDB15:32Putin Məmmədovla Gevorkyanı təltif etdi
-
MDB15:02Ukraynanın ağır dronları 2 min km qət etdi, Uxtanı vurdular: Neft emalı zavodu yanır
-
Nida Xəbər 14:50Hakimiyyəti zorla ələ keçirmək istəyənlərin - TAM SİYAHISI
-
Nida Xəbər 14:18Ramiz Mehdiyev və Abbas Abbasovdan əldə edilən pulları Fuad Qəhrəmanlı belə alıb - Video
-
Nida Xəbər 13:28DTX “Boz kardinal”ın şok səs yazısını yaydı - Video
-
Nida Xəbər 13:12Ramiz Mehdiyevin evindən görün nə qədər pul çıxdı - Video
-
Yaxın Şərq13:10ABŞ çox şey tələb edir, müharibə olacaq - Fidandan xəbərdarlıq
-
Magazin113:03Samirə efirdə bəd xəbər aldı: Təcili getdi - VİDEO










.jpg)




























.jpg)
