Sosial
Kəmaləddin Heydərov BMMT-nin sessiyasında iştirak etdi
3 mart 2026-cı il tarixində Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) İcraiyyə Şurasının növbədənkənar sessiyası keçirilib.
Onlayn formatda baş tutan tədbirdə Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, BMMT-nin Baş katibi Ərgüc Kələntərli, İcraiyyə Şurasının üzv dövlətlərinin nümayəndələri iştirak ediblər.
Növbədənkənar sessiyanın açılışında çıxış edən Baş katib Ə.Kələntərli BMMT-nin cari fəaliyyəti, institusional sabitliyin təmin edilməsi və inzibati proseslərin bərpası istiqamətində görülmüş işlər barədə geniş hesabat təqdim edib. Baş katib Təşkilatın qərargahının Cenevrədəki “Millətlər Dairəsi”nə köçürülməsi və beynəlxalq nüfuzunun möhkəmləndirilməsi istiqamətində atılan addımları xüsusi vurğulayaraq, regional ofislərin yaradılmasının BMMT-nin qlobal təmsilçiliyinin genişləndirilməsi baxımından əhəmiyyətindən danışıb.
Növbədənkənar sessiyada Təşkilatın kadr potensialının gücləndirilməsi, mandatının tam əhatəli icrası üçün kompleks reaksiya yanaşmasının tətbiqi, üzv dövlətlərdə həyata keçirilən humanitar layihələrin cari vəziyyəti, büdcə dayanıqlığının təmin edilməsi məqsədilə hazırlanan adaptiv büdcə modeli və üzvlük haqlarının yenilənmiş cədvəli müzakirə olunub.
Sessiya çərçivəsində yaxın gələcək üçün nəzərdə tutulan mühüm tədbirlər, o cümlədən 2026-cı ildə keçiriləcək BMMT Baş Assambleyasının 27-ci və İcraiyyə Şurasının 59-cu sessiyalarının təşkili, 2027-ci ildə BMMT-nin himayəsi altında keçirilməsi planlaşdırılan ilk genişmiqyaslı beynəlxalq sahə təlimləri barədə ətraflı məlumat verilib.
Növbədənkənar sessiyanın sonunda İcraiyyə Şurası tərəfindən 2026-cı ilin büdcəsi, Daimi Katibliyin yeni strukturu və Təşkilatın maraqlarının hüquqi müstəvidə qorunmasına yönəlmiş qərarlar qəbul edilib və sessiya işini şəffaflıq prinsiplərinə sadiqlik bəyanatı ilə yekunlaşdırıb.
-
Dünya08:30Bağdaddakı ABŞ səfirliyinə hücum edildi
-
ABŞ07:35ABŞ İran dronlarını tutmağın yolunu tapdı - Müharibədə yeni mərhələ
-
Dünya03:43İlber Ortaylının vəsiyyəti ortaya çıxdı
-
Dünya03:19Müharibədə ilk yaşandı: Bəhreyndən İrana ballistik raket atıldı
-
Qoroskop01:40Günün ulduz falı: Sevgidə gizli hisslər üzə çıxa bilər
-
Hadisə13 Mart 23:55Tibb bacısı dedi ki, ciyər kababı al gətir... - Doğuşdan sonra ölən Röyanın qohumları danışdı
-
Elm və təhsil13 Mart 22:06Buraxılış imtahanı sualları ilə bağlı şikayətlərə DİM sədrindən cavab
-
ABŞ13 Mart 20:48Müharibəni sümüklərimdə hiss etdiyim zaman... - Trampdan anons







































