Sosial
Polis gücləndirilmiş rejimdə xidmətini davam etdirir - VİDEO
Qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar polis əməkdaşları gücləndirilmiş rejimdə xidmətlərini davam etdirirlər.
Publika.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşları xidmət apardıqları ərazilərdə təhlükəsizlik tədbirlərini gücləndirərək, yollarda nəzarəti təmin edirlər.
Xüsusilə paytaxtın Suraxanı və Xətai rayonları ərazisində yol polisi əməkdaşları tərəfindən hərəkət iştirakçılarının rahat, təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilib.
Hazırda paytaxt ərazisində nəqliyyat vasitələrinin bütün istiqamətlər üzrə maneəsiz hərəkəti tam təmin edilib.
Suraxanı Rayon İcra Hakimiyyətindən saytımıza bildirilib ki, Bakıda axşam saatlarından müşahidə olunan qarlı hava şəraiti səbəbindən yaranmış çətinliklərin qarşısının alınması, hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə Rayon İcra Hakimiyyəti və Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilib.
Qeyd olunub ki, yollarda qarın təmizlənməsi və duz-qum qarışığının səpilməsi işləri aparılır.
-
Köşə09:12Azərbaycanda məmurdan sensasion etiraf: Tapşırıqla...
-
Avropa08:48Şahzadə Harri qadın jurnalistə görün nə yazıb - İlk görüşdən sonra...
-
Magazin106:16"Birlikdə keçirdiyimiz son ad günü..." - FOTO
-
Avropa04:44Vens xanımı ilə Budapeştə gedir - Orbana dəstək verəcəklər
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək




































